banner
banner

Sİyasət

Aydın Quliyev: Fransanın iri şirkətlərinin Azərbaycana marağının artması ölkəmizin reallıqlarına söykənir

| Xəbər 1878 dəfə oxunub
Aydın Quliyev: Fransanın iri şirkətlərinin Azərbaycana marağının artması ölkəmizin reallıqlarına söykənir

Fransanın qeyri-neft şirkətlərinin Parisdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə xüsusi fəal olmaları ölkəmizin qeyri-neft sektorunun inkişaf modelinin uğurlu olduğuna daha bir sübutdur.

Bunu Trend-ə "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Prezident İlham Əliyevin Parisdəki görüşləri və imzalanmış sənədlər Azərbaycanla Fransanın iqtisadi, biznes sahələrində əməkdaşlığına xüsusilə geniş perspektivlər açmaq baxımından çox cəlbedicidir: "2,4 milyardlıq yeni sazişlər özlüyündə böyük potensialdır. Bu sazişlərin reallaşması isə investisiya, ticarət və biznes sahələrində milyonlarla dollar qarşılıqlı fayda, minlərlə yeni iş yerinin açılması, yüz minlərlə insanın rifahının yaxşılaşması deməkdir".

Ekspert vurğulayıb ki, Azərbaycan Prezidentinin səfəri zamanı Parisdə əldə edilmiş razılaşmaların mütləq əksəriyyətinin qeyri-neft sektorunu əhatə etməsinə ayrıca diqqət yetirmək lazımdır:

"Bu, Azərbaycan üçün pozitiv mənada yeni təzahürdür. Son illərə qədər xarici şirkətlər Azərbaycanla daha çox neft-qaz sektorunda əməkdaşlığa can atırdılarsa, indi ölkəmizin qeyri-neft sektoruna xaricdən sürətlə artan marağın və bu istiqamətdə praktik fəallaşmanın şahidi oluruq. Parisdə Azərbaycan Prezidenti ilə görüşməyə can atan çoxsaylı iri şirkətlərin əsasən qeyri-neft sektorunda fəaliyyət göstərməsi buna sübutdur. Prezident İlham Əliyevin Paris səfəri Azərbaycanın qeyri-neft sektoruna marağın güclənməsinin göstəricisi kimi də əhəmiyyətlidir".

A.Quliyev əlavə edib ki, Fransanın qeyri-neft şirkətlərinin Azərbaycana daha da maraq göstərmələri təsadüfi deyil və tamamilə Azərbaycan reallıqlarına söykənir:

"Əvvəla, Prezident İlham Əliyev Azərbaycanda etibarlı hüquqi-siyasi təminat altında biznes-investisiya mühitinin mövcudluğuna dərin inam yarada bilib. İkincisi, Azərbaycanın xüsusilə də 2012-2013-cü illər dünya neft böhranından sonra qeyri-neft sektorunu inkişaf etdirmək siyasəti real nəticələr verib. Fransanın iri şirkətlərinin timsalında dünya artıq görür ki, Azərbaycanın qeyri-neft sektoru çox gəlirli və perspektivli sahəyə çevrilib. Üçüncüsü, ölkəmizdə pozulmaz sabitlik və təhlükəsizlik şəraitinin mövcudluğuna şübhə edilmir. Fransanın nüfuzlu böyük şirkətlərinin Azərbaycanla qeyri-neft sahəsində əməkdaşlığa güclü meyl etməsi əsaslı və perspektivli prosesdir. Fransanın yaxşı tanıdığımız böyük neft şirkətlərinin ardınca bu ölkənin iri qeyri-neft şirkətlərinin ölkəmizə maraq göstərməsi dünyanın digər böyük ölkələrində də qeyri-neft şirkətlərinin Azərbaycana marağını artıracaq. Prezident İlham Əliyevin Fransanın iri şirkətləri qarşısında açdığı yeni əməkdaşlıq imkanları Azərbaycanın qeyri-neft modelinin özünü doğrultmasının daha bir sübutu kimi də dəyərlidir".

Qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi