banner
banner

Gündəm

Ekspert: Prezident İlham Əliyevin Fransaya səfəri zamanı əldə edilən razılaşmalar Azərbaycanın Avropada tutduğu yerə xüsusi töhfə verəcək

| Xəbər 1516 dəfə oxunub
Ekspert: Prezident İlham Əliyevin Fransaya səfəri zamanı əldə edilən razılaşmalar Azərbaycanın Avropada tutduğu yerə xüsusi töhfə verəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri ilk növbədə ölkəmizin Avropa qitəsindəki əhəmiyyətli rolunu və yerini sübuta yetirdi.

Bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev ölkə başçısının Fransaya səfərini və səfər çərçivəsində əldə edilən razılaşmaları şərh edərkən deyib.

B.Quliyevin sözlərinə görə, bu səfərin əsas nəticəsi ölkələrimiz arasında iqtisadi və digər sahələrdə əldə edilən razılaşmalar oldu:

“Qeyd etmək istərdim ki, Azərbaycan istər Avropanın siyasi arenasında, istərsə də Fransada etibarlı tərəfdaş kimi tanınan ölkələrdəndir. Artıq bu amil özünü Fransada da təsdiq etdi. Xususilə, cənab İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronla, eləcə də Fransa Senatının sədri Jerar Larşe ilə, həmçinin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşləri ölkəmizin istər siyasi, istərsə də iqtisadi cəhətdən beynəlxalq aləmdəki ali mövqeyini sübuta yetirdi. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk qrupunun üzvüdür və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində söz deyə biləcək bir ölkədir, bu zaman Prezident İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması vurğulanan məqamları tamamilə isbatlayır”.

Ekspert qeyd edib ki, Azərbaycan dövlətinin siyasi arenadakı mövqeyi yalnız yuxarıda qeyd edilən fikirlərlə sona çatmır:

“Hesab edirəm ki, Prezident İlham Əliyevin Fransaya səfəri çoxtərəfli faktorlara əsaslanır. Belə ki, mühüm məqamlardan biri də humanitar və hərbi sənaye sahələri ilə bağlıdır. Əbəs deyil ki, dövlət başçımız səfər əsnasında məhz bu sahələrin də rəsmiləri ilə görüşlər keçirib, mühüm qərarlar verilib. Bu da belə qənaətə gəlməyə əsas verir ki, nəinki iqtisadiyyat, eləcə də digər sahələrdə əldə edilən razılaşmalar Azərbaycanın Avropada tutduğu yerə xüsusi töhfə verəcək. O cümlədən, bütün bunlar Fransa-Azərbaycan münasibətləri, həmçinin Avropa İttifaqı ilə münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

Qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi