banner
banner

Gündəm

Beynəlxalq təşkilatlar Ermənistanın Mingəçevir SES hədəsini qulaqardına vurur

Beynəlxalq təşkilatlar Ermənistanın Mingəçevir SES hədəsini qulaqardına vurur

İşğalçı Ermənistanın ardınca Qarabağdakı terrorçu-separatçı rejimin də Azərbaycanı “Mingəçevir SES-in vurulması” ilə hədələməsinə ölkəmizin rəsmi qurumları operativ cavab versələr də, beynəlxalq təşkilatlardan səs-səmir gəlmir.

Azərbaycanı Qarabağı hərbi yolla azad etməkdən çəkindirmək üçün dəridən-qabıqdan çıxan BMT, ATƏT, Avropa Şurası və digər qurumlar nədənsə işğalçı ölkənin və separatçı qurum təmsilçilərinin hətta mülki obyektlərimizi hədəfə almasına belə reaksiya verməyə lüzum görmür. Hansı ki, erməni tərəfinin Mingəçevir SES-i vura biləcəyi ilə bağlı bəyanatı real görünməsə də, bu, sırf terror təhdididir, 100 minlərlə insana qarşı qanlı aksiya çağırışıdır, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Ermənistanın müdafiə naziri Davit Tonoyanın ardınca separatçılardan Levon Mnatsakanyan da deyib ki, “əgər zərurət yaranarsa” Dağlıq Qarabağ “müdafiə ordusu”, yəni erməni işğalçı birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək. Onun sözlərinə görə, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib.

Bunun ardınca Ermənistan baş naziri Nikol Paşinyan da növbəti dəfə sərt ritorika nümayiş etdirib. Erməni baş nazir deyib ki, Ermənistanın Azərbaycanın strategiyasına cavabı adekvat olacaq. Onun sözlərinə görə, guya yalnız erməni tərəfi konfliktin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq ermənilərin sülhə nə dərəcədə “sadiq olduqlarını” elə onların Mingəçevir SES-i vurmaqla təhdid etməsi də nümayiş etdirir. Əslində beynəlxalq aləm işğalçıya, nəhayət, “dur” deməli olduğu halda, müəmmalı şəkildə susur.

Levon Mnatsakanyan ile ilgili görsel sonucu

Düzdür, erməni tərəf təmas xəttində hazırkı qədər sakitliyin ilk dəfə müşahidə olunduğunu iddia edib. Separatçı rejimin “müdafiə naziri” Levon Mnatsakanyan Azərbaycan aviasiyasının təmas xətti  yaxınlığındakı mütəmadi uçuşlarından və mühəndis-istehkam işlərinin genişlənməsindən narahatlığını da ifadə edib. Ancaq bildirib ki,  sentyabr-oktyabr aylarında təmas xəttində vəziyyət gərginləşə bilər. Ermənilər həm təhdid edir, həm də qorxduqlarını büruzə verirlər. Amma bütün bunlar Bakını informasiya savaşında daha fəal olmağa sövq edir.

Düşmən bir sıra hallarda öz cinayətlərini gizlətmək üçün beynəlxalq təşkilatlara “donos”lar yollayır. Necə ki, aprel döyüşlərindən sonra Ermənistan həyasızcasına Azərbaycandan Avropa Məhkəməsinə şikayət etmişdi, hətta bu qurum işğalçı tərəfin şikayətlərini icraata belə götürüb. Bu mənada Bakının Mingəçevir SES-ə təhdidlə bağlı beynəlxalq aləmi operativ şəkildə məlumatlandırması həm də ordumuzun istənilən anda əks zərbələr endirməsi üçün çox vacibdir.  

Ä°lgili resim

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Dağlıq Qarabağ separatçıları və hərbi komandanlığı Azərbaycan ordusunun silahları ilə bağlı narahatçılıqlar keçirir: “Bu, həm də Paşinyanın oğlunun işğal edilən əraziyə hərbi qulluğa gəlməsindən sonra başlayıb. Eyni zamanda ictimaiyyəti sakitləşdirmək və seçki öncəsi siyasi manevrlər etmək üçün ”Dağlıq Qarabağ" kartı yenə gündəmə gəlib və Paşinyan da bundan yararlanmağa çalışır. Buna görə də separatçılar Ermənistandan bir qrup KİV nümayəndələrini işğal edilmiş ərazilərə gətirib və hərbi hissələri göstəriblər. Bu, həm də kadr dəyişiklikləri və digər yenilikləri, yeni texnika və silahları nümayiş etdirmək üçündür. Hətta Lələtəpə yüksəkliyi ilə bağlı da bəzi süjetlər göstəriblər və guya oraya da qarşıdakı yüksəkliklərdən nəzarət edə bildiklərini bəyan ediblər.

Bundan başqa, separatçı qurumun “müdafiə naziri” Levon Mnasakanyan Azərbaycan tərəfinin hücumu olarsa, Azərbaycanın iqtisadi infrastrukturlarına zərbə vurmaq imkanlarının olduğunu da deyib. Lakin Azərbaycan tərəfindən hər hansı cəmləşmə olmadığını da qeyd edib. Təbii ki, Ermənistan ordusunda narahatlıq var və bu ilk növbədə Azərbaycan ordusunun yeni texnika alması ilə bağlıdır.

Leopard -2 tankları ile ilgili görsel sonucu

Hətta Leopard -2 tankları ilə bağlı da narahatçılıq keçirirlər. Eyni zamanda Azərbaycanın Belarus, İsrail, ABŞ və bir sıra Qərb dövlətləri ilə silah-sursat sahəsində tərəfdaşlığı narahatlığa səbəb olub". A.Nağıyev qeyd etdi ki, konkret Mingəçevir SES-lə bağlı açıqlama birinci hal deyil: “Bundan əvvəl Səngəçal terminalı haqqında da bənzər təhdidlər səsləndirirdilər. Lakin 2016-cı ildə bunu edə bilmədilər, çünki Azərbaycanın hərbi hava qüvvələri bu təxribatların qarşısını almağa qadirdir. Əsas məsələ isə seçkiqabağı manevrlər və separatçıların guya sərbəst şəkildə qərar qəbul edə biləcəklərini nümayiş etdirməkdir. Bu isə ermənilərin absurd bəyanatından başqa heç nə deyil”.

XİN-in mətbuat katibi Hikmət Hacıyev ile ilgili görsel sonucu

XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a dedi ki, operativ şəkildə bu kimi məlumatlar davamlı surətdə beynəlxalq təşkilatlara və digər üzv ölkələrə çatdırılır: “Məsələn, belə bir mexanizmimiz var: Müdafiə və Xarici İşlər nazirlikləri arasında operativ şəkildə bu mexanizm işləyir. Belə ki, qoşunların təmas xəttində atəşkəsin pozulması və Ermənistanın törətdiyi təxribatlarla əlaqədar olaraq davamlı şəkildə BMT-yə və onun aidiyyəti strukturlarına, o çərçivədə də BMT strukturlarına, həmçinin bütün dünya ictimaiyyətinə məlumat verilməsi kimi mexanizmimiz var, bundan istifadə olunur. Davamlı şəkildə bundan istifadə olunur. O ki qaldı Ermənistanın hədələrinə və təhdidlərinə, gördüyünüz kimi, bunlar daha çox media müstəvisində həyata keçirilir. Əminik ki, Ermənistanda akkreditə olunmuş səfirliklər, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Azərbaycanda olan diplomatik korpus bu kimi bəyanatlardan aidiyyəti üzrə qeyd götürür və bu, diplomatik nümayəndəliklərin vacib iş prinsiplərindən biridir. O ki qaldı bu kimi açıqlamaların mahiyyətinə, Ermənistanın müdafiə naziri də belə bir açıqlama ilə çıxış etmişdi. Bizim də ona cavabımız oldu”.

Bakıdakı diplomatik korpusla görüş keçirib Ermənistanın antibəşəri bəyanatları haqda onları məlumatlandırmaq, yaxud beynəlxalq qurumlara rəsmi müraciət edib düşməni ifşa etmək olmazmı? H.Hacıyev qeyd etdi ki, bu kimi faktların çatdıırlması onsuz da XİN-in gündəlik iş prinsipidir: “Bu, Ermənistanın sıradan olan açıqladığı adi faktlardan biridir. Amma bu kimi faktlar ümumiləşdirilərək, təhlil edilərək daimi əsasdakı təmaslarımızda istər Azərbaycanda akkreditə olunmuş diplomatik korpus, istərsə də xaricdəki səfirliklərimiz tərəfindən daim öz tərəf müqabillərinə çatdırılır. Yəni biz bununla əlaqədar mediada xüsusi məlumat yaymağa lüzum görmürük. Bu, XİN-in  həyata keçirdiyi gündəlik fəaliyyətdir”.

Bəs rəsmi Bakı beynəlxalq qurumların Ermənistanın və Qarabağ separatçılarının bu cür sərsəm bəyanatlarına, insanlığa qarşı yönəlmiş təhdidlərinə reaksiya verməməsini necə qarşılayır? XİN rəsmisi cavabında bunları söylədi:“Açıq deyək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən bir sükutluluq, bizi qane etməyən ikili yanaşma kimi münasibətlərin biz çox şahidi olmuşuq. Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün bugünkü forması bunun bariz nümunəsidir. Amma təbii ki, buna baxmayaraq, biz öz məlumatlandırmamızı, haqq səsimizi, hər bir halda Azərbaycanın bu münaqişədə tamamilə haqlı tərəf olduğunu hər fürsətdə çatdırmalıyıq və bu iş də davam etdirilir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.