banner
banner

Mədənİyyət

Bakı “Jara-2018” həyəcanını yaşayacaq

Bakı “Jara-2018” həyəcanını yaşayacaq

Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. İsti iyul günlərində “Sea Breeze Resort” istirahət mərkəzində təşkil olunan bu musiqi bayramı ildən-ilə həm iştirakçılarının sıralarını, həm də tamaşaçı auditoriyasını genişləndirir. Təsadüfi deyil ki, bu il “Jara” musiqi mükafatı layiqli sahiblərinə təqdim olunub, festival MDB üzrə ən yaxşı yay festivallarının üçlüyünə daxil edilib, habelə “Jara TV” və “Jara” radiostansiyası yayım məkanında öz auditoriyasını formalaşdırıb. Başlıcası isə, üçüncü ildir ki, Rusiyanın, habelə digər ölkələrin ulduzları Bakıya toplaşır. Əlbəttə ki, bu möhtəşəm tədbiri işıqlandıran KİV-lər də yaddan çıxmır. Həmişə olduğu kimi, bu dəfə də festivaldan əvvəl mətbuat konfransı keçiriləcək. Sonra isə qırmızı xalıdan keçəcək ifaçılar festival, eləcə də öz yaradıcı fəaliyyətləri haqqında fikirlərini tamaşaçılarla bölüşəcəklər. Nəhayət “Jara-2018”in ən həyəcanlı anları, o cümlədən musiqiçilərin çıxışları, bir-birindən maraqlı ifalar təqdim olunacaq.

İyulun 26-da festivalın açılış mərasimində Alekseev, Artik & Asti, A`Studio, Brandon Stone, Burito, DoReDos, Doni, EMIN, Feduk, LOBODA, L`One, Monatik, NK, Natan, Nyusha, Aleksandr Panayotov, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Artyom Pivovarov, Vremya i Steklo, Qlyuk’oza, Qradusı, Qriqori Leps, Yeqor Krid, Klava Koka, MOT, Maks Barskix, Mişa Marvin, Nikolay Baskov, Pitsa, Sergey Lazarev, Slava, Soqdiana, Sultan, Timati, Filip Kirkorov, Elina Çaqa, Yuliya Kovalçuk və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.

İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. Habelə EMIN, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları tamaşaçılara xoş anlar yaşadacaqlar.

Bir gün sonra “Leninqrad” qrupu konsert proqramı təqdim edəcək. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcək.

İyulun 29-da Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olacaq. Habelə tamaşaçılar A`Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VIA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifalarını dinləyə biləcəklər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər