banner
banner

Gündəm

İlahiyyat İnstitutu savadlı mütəxəssislərə ehtiyacı ödəyəcəkmi?

İlahiyyat İnstitutu savadlı mütəxəssislərə ehtiyacı ödəyəcəkmi?

Yunis Səfərovla birlikdə Gəncə şəhər icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış şəxslərdən daha biri məhv edildi. Yayılan məlumatlara görə, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə “Aslanlar” qrupu tərəfindən öldürülüb.

Müəyyən edilib ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib. İndiyə qədər Azərbaycandan dini təhsil almaq üçün xarici ölkələrə gedib, orada müxtəlif radikal qruplaşmalara qoşulan şəxslərlə bağlı mətbuatda xeyli sayda məlumat dərc olunub. Dini təhsil adı altında İranın Qum şəhərinə və digər yerlərə gedən bu kimi şəxslər sonradan  İslam dinindən uzaq, hansısa dairələrin ideologiyasına xidmət edən qrupların təsir dairəsinə düşürlər. Həmin dairələrin məqsədi isə sonda bu şəxslərdən istifadə edib, Azərbaycanın dövlətçiliyinə qarşı təxribatlar törətmək olur.

Yuxarıdakı məlumatdan da göründüyü kimi, Gəncə hadisələrini törədən şəxslər də konkret olaraq bir qrup bu kimi təsirlərə məruz qalan radikal dindarlardır. Azərbaycanda digər təxribatlar kimi dini radikal kəsimin təxribatçı əməllərinin qarşısını almaq üçün də müvafiq qurumlar tərəfindən işlər aparılır. Eyni zamanda insanların ölkə daxilində lazımi dini təhsil almaları da düşünülüb. Belə ki, bu ilin 9 fevral tarixində prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Bu institut Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir. Eyni sərəncamla Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılıb.

İnstitutun yaradılması ilə bağlı qeyd olunan  məlumatda bildirilir ki, institutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Kənan Rövşənoğlu ile ilgili görsel sonucu

Bəs Azərbaycan İlahiyyat İnstitutu üzərinə düşən missiyanı yerinə yetirə biləcəkmi? “Yeni Müsavat”ın dini eksperti Kənan Rövşənoğlu  da hesab edir ki, hökumətin İlahiyyat İnstitutunu yaratmaqda əsas məqsədi Azərbaycan vətəndaşlarının dini təhsil almaq üçün xaricə getmələrinin qarşısını almaqdır: “Çünki 1990-cı illərdən bəri 3 mindən çox Azərbaycan vətəndaşı Misirdə, Səudiyyə Ərəbistanında, Suriyada, İranda, Türkiyədə, qismən də İraqda dini təhsil alıb. İndi isə hökumət dini təhsil sahəsində irəliyə yönəlik addımlar ataraq, Azərbaycanda dini təhsili inkişaf etdirmək istəyir. Doğrudur, Bakı İslam Universiteti var idi. Ancaq orada təhsil ödənişli idi. Xaricdə isə bu, belə deyil. Çünki dini qaydalara əsasən, dini təhsillər adətən vəqf hesabına olur. Bütün dinlərdə belədir ki, dini təhsillər dini ianələr hesabına formalaşır. Azərbaycan hökuməti bunu ölkədə tətbiq etmək istəyir ki, dövlət hesabına pulsuz dini təhsil versin. Bununla da Azərbaycanda din xadiminə olan ehtiyacı yerli təhsil ocaqları hesabına təmin etmək istəyir. Plan bundan ibarətdir. Ancaq hesab edirəm ki, birdən-birə bunu etmək mümkün deyil.

Məsələn, bizdə institut yaradıldı, ancaq bu il ora cəmi 60 nəfər qəbul var. Bu, o demək deyil ki, yuxarıda sadaladığımız ölkələrə ilahiyyat təhsili almaq üçün gedən olmayacaq. Çünki birincisi, rəqabət baxımından qonşu ölkələrin güclü dini təhsil təcrübəsi var. Bu təcrübə hətta min ildən də çoxdur. Birdən-birə bundan imtina etmək inandırıcı deyil. Ancaq ən azından hökumət düşünür ki, daxildəki rəsmi din xadimi təyinatlarını məhz Azərbaycanda, dövlətin məktəblərində təhsil almış islamşünaslar hesabına ödəsinlər. Bununla da tədricən xaricdə dini təhsil almağın perspektivsizliyi ortaya çıxacaq. Çünki onlara artıq Azərbaycanda rəsmi iş vermirlər. Daxili kadr ehtiyatları olduqca, artıq xaricdən gələnlər kənarda qalacaq. Qanunda da var ki, xaricdə təhsil alanlara dini vəzifə tutmaq qadağandır. Sadəcə, istisna hallarda hökumətin müvafiq qurumlarının icazəsi olarsa, xaricdə təhsil alan şəxs dini vəzifə tuta bilər. Bu cür qadağalarla tədricən yerli ehtiyacları Azərbaycanda təhsil almış kadrlar hesabına ödəyəcəklər. Bunun üçün də müəyyən zaman lazımdır. Çünki rəqabət üçün burada da dövlətin dəstəklədiyi güclü mərkəz olmalıdır. Bu mərkəzin yaranması, qeyd etdiyim kimi, müəyyən vaxt olacaq. Dövlətin özünün güvəndiyi kadr bankının hazırlanması işinin başlanğıcı qoyulub. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu yöndə birinci addımdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Cia.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil. İran XİN-in verdiyi məlummata görə,

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.