banner
banner

Dünya

İranlı general Trampı təhdid etdi: “Sənə düşündüyündən daha yaxınıq ... “

İranlı general Trampı təhdid etdi: “Sənə düşündüyündən daha yaxınıq ... “

İranın “Pasdaran” korpusundakı “Qüds” briqadasının komandiri, Şərqin əfsanəvi generallarından sayılan Qasım Süleymani Donald Trampı təhdid edib.

Musavat.com xəbər verir ki, Q.Süleymani Trampın İrana qarşı çıxışına sərt cavab verib. Həmədanda bir anım mərasimində çıxış edən Q.Süleymani birbaşa Trampa səslənib.

Qasım Süleymani Trampa düşündüyündən daha da yaxın olduğunu vurğulayaraq hədələyib: “Tramp, sənə səslənirəm. Sənə düşündüyündən də yaxınıq. Bu savaşı siz başlada bilərsiniz, lakin biz bitirəcəyik. Bu savaş ABŞ-ın bütün imkanlarının yox olması deməkdir. Bunun üçün İranın Silahlı Qüvvələrinə ehtiyac yoxdur. “Qüds”ün gücü və mən yetərəm”.

ABŞ əsgərlərinin İraqlı mücahidlər tərəfindən hədəfə alınmaması üçün komandirlərinin ona müraciət etdiyini bildirən Q.Süleymani “Qorxudan tankların içində əsgərlərinizə uşaq bezi bağlayırdınız, indi bizi təhdid edirsiniz?” deyə çıxışına davam edib.

Bazar günü İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən çəkinməyə çağırıb.

H.Ruhani bildirib ki, İranla müharibə “bütün müharibələrin anasıdır”: “Cənab Tramp, şirin quyruğu ilə oynamayın, yoxsa buna peşman olacaqsınız. Təhdidlər İran xalqını daha da birləşdirir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hücumun arxasında hansı ölkə dayanır? - Əsas versiya

Hələlik əsas versiyalardan biri kimi “Krokus Siti Holl”da baş verən terror aktının saxta bayraq altında həyata keçirildiyi hesab edilir. Özlərini İŞİD təşkilatı ilə əlaqəli kimi təqdim edən terror aktının icraçıları əslində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini təmsil edə bilərdilər. Bir sıra hallar bunun yalançı bayraq altında terror hücumu olduğunu göstərir.

Saakaşvilinin azadlığa buraxılması üçün 150 min imza toplanıb

Cia.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid milli hərəkat" partiyası ölkənin eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması üçün 150 min vətəndaşın imzasını toplayıb.

Türkiyə 34 ölkəyə "Bayraktar" göndərir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Maldiv adalarına 6 ədəd "Bayraktar TB2" hərbi dronu tədarük edəcək. Bununla da "Bayraktar" sayca 34-cü ölkəyə ixrac ediləcək.

Gürcüstan müxalifətinin iki əsas lideri birləşir

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) sabiq sədri Nika Melia ilə müxalifyönümlü “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramia siyasi ittifaq yaradırlar.