banner
banner

Sosİal

Təhsil Nazirliyi “Şahmat” fənni və “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kursun tədrisinin təşkilinə aydınlıq gətirib

Təhsil Nazirliyi “Şahmat” fənni və “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kursun tədrisinin təşkilinə aydınlıq gətirib

Təhsil Nazirliyi orta məktəblərdə “Şahmat” fənninin və “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kursun tədrisinin təşkili məsələlərinə aydınlıq gətirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Şahmat” fənni müəyyən edilmiş məktəblərdə II-IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılan 1 saat hesabına tədris edilir. “Şahmat” fənni keçilməyən məktəblərdə həmin saat “Riyaziyyat” fənninin tədrisinə verilir. Bütün azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumtəhsil məktəblərinin I sinfində, “Şahmat” fənni keçilməyən məktəblərin isə II-IV siniflərində, habelə ləzgi dili tədris olunan məktəblərin V-IX siniflərində valideynlər və təhsilalanlar arzu etdikləri halda, dərsdənkənar məşğələlərə ayrılan 1 saat dərs cədvəlinə daxil edilə bilər.

Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin, habelə Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin VI siniflərində dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 saat olmaqla ikinci yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kurs tədris olunur.

 

Qeyd edilən rayonların bütün ümumtəhsil məktəblərinin və Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin IV (dördüncü) siniflərində isə həmin kurs üzrə mövzular “Həyat bilgisi” fənninin daxilində keçilir.

Bundan başqa, VIII sinifdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saatı dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” kursunun tədrisinə ayrılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.