banner
banner

Sosİal

Bu gün 3500-ə yaxın şəxs müəllim işləmək üçün imtahan verəcək

Bu gün 3500-ə yaxın şəxs müəllim işləmək üçün imtahan verəcək

Müəllimlərin işə qəbulu üzrə bu gün keçiriləcək tarix və kimya üzrə test imtahanlarında 3493 namizədin iştirakı gözlənilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 26-da Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, rus dili və ədəbiyyatı, rus dili, fransız dili və musiqi üzrə imtahanlarda 2999 nəfər iştirak edib.

Namizədlər arasında ən yüksək nəticə olaraq Azərbaycan dili və ədəbiyyatı üzrə 59 bal, fransız dili üzrə 58 bal, Azərbaycan dili üzrə 57 bal, rus dili üzrə 56 bal, rus dili və ədəbiyyatı və musiqi üzrə isə 51 bal qeydə alınıb.

Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq.

 

Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb. Bəs hansı ərazilərdə yerləşən sənədsiz evlər söküləcək?

Ekspertdən Xəzər dənizi ilə bağlı SOS

“Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyiləm. Çünki bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq”.