banner
banner

Gündəm

Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Mətbuat Şurası ilə Rusiya Federasiyasının Udmurdiya Respublikasının Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb.

Şuradan Trend-ə verilən məlumata görə, sənədə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Udmurdiya Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko imza atıblar. Memorandumda birgə konfrasların və qarşılıqlı səfərlərin təşkili, jurnalistika sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, eyni zamanda media ilə bağlı kitabların nəşri nəzərdə tutulub.

MŞ sədri Ə.Amaşov bildirib ki, mətbuat xalqların bir-birinə yaxınlaşmasında, dostluq və qardaşlıq ənənələrinin təbliğində son dərəcə mühüm vasitədir və imzalanmış memorandumda nəzərdə tutulan məsələlərin reallaşdırılması bu baxımdan zəruri əhəmiyyət daşımaqdadır. MŞ sədri çıxışında həmçinin Azərbaycanda KİV sahəsindəki vəziyyətdən, bu istiqamətdəki dövlət siyasətinin müxtəlif məqamlarından, rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb.

Udmurdiya Jurnalistlər İttifaqının sədri Y.Kapitonenko çıxışında Azərbaycan Mətbuat Şurası ilə imzalanmış anlaşma memorandumunun rəhbərlik etdiyi təşkilat üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb və əmin olduğunu bildirib ki, sənəd perspektiv əməkdaşlığın daha dinamik formalarının seçilməsi üçün baza rolunu oynayacaq.

 

İmzalanma mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının viste-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanla Udmurdiyanın qarşılıqlı əməkdaşlığında elmi və yaradıcılıq müstəvisindəki birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Bu, digər sahələrdəki işbirliyinə təkan baxımından vacibdir. İ.Həbibbəyli imzalanmış memorandum çərçivəsində Azərbaycandan Udmurdiyaya, Udmurdiyadan isə Azərbaycana faydalı jurnalist səfərlərinin təşkil olunacağına əminliyini dilə gətirib.

Udmurdiya Respublikasının Mətbuat və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri vəzifəsini icra edən Nazilə Abaşeva Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında imzalanmış anlaşma memorandumunun əhəmiyyətindən danışarkən bildirib ki, Rusiyanın regionlarının ölkə və dünya arealına inteqrasiyası vacibdir. O, udmurdiyalı jurnalistlərin beynəlxalq müsabiqələrdə və layihələrdə iştirakı təcrübəsinin olduğunu vurğulayıb və respublika mediasının əməkdaşlığa hazır olduğunu deyib.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumunun imzalanması ilə bağlı keçirilmiş mərasimdə həmçinin MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Udmurdiyanın milli siyasət nazirinin müavini Nelli Mamayeva, "Dostluq" Udmurdiya Azərbaycan İctimai Mərkəzinin nümayəndələri, yerli jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onu da bildiririk ki, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Udmurdiyanın Dövlət Şurasında, Nazirlər Kabinetində, Milli Siyasət Nazirliyində və digər qurumlarda görüşlər keçiriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.