banner
banner

Qadın

Pambığı badam yağına batırıb göz altına sürtsəniz... - FAYDALARI

Pambığı badam yağına batırıb göz altına sürtsəniz...

Badam yağı kosmetik məhsullarda sıx istifadə olunan bir yağdır. Bəs onun dəriyə hansı faydaları var?

Ailem.az badam yağının dəriyə faydalarını sadalayır.

Tərkibindəki A, B və E vitamini baxımından dəri üçün çox faydalı bir yağdır.

- Dərini nəmləndirir və qidalandırır

 

- Quru və aşınmış dərini bərpa edir

- Göz altındakı qara halqaların yaranmasını önləyir

- Dəri hüceyrələrini yeniləyərək, yaşlanmanın qarşısını alır

- Dəridəki ölü hüceyrələri aparır və daha parlaq bir dəriyə sahib olmasını təmin edir

- Qırışları aparır və incə cizgilərin yaranmasının qarşısını alır

- Sədəf xəstəliyini sağaldır

- Günəş yanıqlarının aparılmasında təsirlidir

- Əl və ayaq kremi olaraq da istifadə edilə bilər

- Çatlamış dodaqları sağaldır

Bəs necə istifadə olunur?

Əlinizə bir neçə damcı badam yağı töküb, barmaq uclarınızla dərinizə yavaş hərəkətlərlə masaj edə bilərsiniz. Eyni zamanda kirpiklərinizə qulaq çöpü yardımı ilə vuraraq, sürətli şəkildə uzanmasına kömək edə bilərsiniz.

Badam yağı dərinin rahatlatmasına və nəmlənməsinə kömək edən təbii bir yumşaldıcıdır. Badam yağı qan damarlarının daralmasına yardımçı olan K vitamini baxımından zəngindir. Həmçinin, badam yağı şişmiş gözaltı ilə əlaqədar tünd rəngli halqaların azalmasına yardımçı olan təbii anti-enflamatuar özəlliklər daşıyır.

Pambığı badam yağına batırın və yavaşca gözaltı ləkələrinizin üzərinə vurun.

Yağın dərinizdə 6-7 saat boyu qalmasına icazə verin. Bu müalicəvi üsulu gecə həyata keçirməyiniz daha məqsədəuyğun olar. Səhərisi ilıq su ilə yuyun. Daha təsirli nəticə almaq üçün bu üsulu 2 həftə tətbiq edə bilərsiniz.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəlb edən yeməkləri soyuducuya qoyduğumuzda, bu mikroblar soyuducudakı digər qidalara da yoluxa bilər. Yenidən qızdırılan yeməklər tərkibindəki qidaların çoxunu itirir.

Bu xəbəri yalnız xanımlar OXUSUN

“Bakı Metropoliteni” QSC qatar maşinisti olmaq istəyən, həmçinin qərar vermək üçün tərəddüd edən xanımlara yeni fürsət imkanı yaradır.

Dekabrda bu üç bürcün pulu aşıb-daşacaq

Astrologiya hamının izlədiyi bir sahədir. Artıq insanlar gün ərzində yataqdan qalxmadan ulduz falı oxuyurlar. Beləliklə, o, günə qoroskop şərhinə uyğun olaraq başlayır. Astroloqlar bürclərə və onların yüksəlişlərinə çox həssasdırlar. 12 bürc arasında dekabrı zəngin başa vuracaq və sözün əsl mənasında pul qoymağa yer tapmayacaqlar açıqlanıb.