banner
banner

Mədənİyyət

Ana dili gününə həsr edilmiş “dəyirmi masa” keçirilib

Ana dili gününə həsr edilmiş “dəyirmi masa” keçirilib

İyulun 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasnda 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru A.Kərimova Azərbaycan dili günü münasibətilə əməkdaşları təbrik edib. O, ana dilimizi qorumaq yolunda kitabxanada bir çox işlər görüldüyünü bildirib. Qeyd edib ki, silsilə olaraq şeir müsabiqələrinin və tədbirlərdə tamaşaların təşkili zamanı nitq mədəniyyətinə xüsusi diqqət yetirilir.

Çıxış edənlər bildiriblər ki, oxucular mütaliə edib bitirdikləri kitabları kitabxanaya təhvil verərkən onları obrazlı şəkildə təhlil edirlər. Nağıl otağında ana dilimizdə cizgi filmləri və dilimiz haqqında videoçarxlar daim nümayiş olunur

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər