banner
banner

Sosİal

Sumqayıtlıların nəzərinə: marşrut avtobuslarında qiymətlər açıqlandı – Siyahı

Sumqayıtlıların nəzərinə: marşrut avtobuslarında qiymətlər açıqlandı – Siyahı

Xəbər verdiyimiz kimi, ötən gün (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.

Müəyyən olunan bu qiymətlər bütün regionlarda olduğu kimi, Sumqayıtda da tətbiq olunacaq. Sabahdan Sumqayıt sakinləri şəhərdaxili hərəkət edən marşrut avtovuslarında 30 qəpik gediş haqqı verməli olacaqlar. Buraya həmçinin, 9 və 30 saylı marşrutlar da daxildir.

Sumqayıt-Bakı-Sumqayıt üzrə hərəkət edən avtobus marşrutlarında gəldikdə isə sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilib.

Məlumat üçün qeyd edək ki, Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq edilən tarif əlavə olunur.

Buradan belə anlaşılır ki, Sumqayıt-Bakı-Sumqayıt üzrə hərəkət edən avtobus marşrutları əgər şəhərdaxilində də hərəkət edərsə, gediş haqqı 60 qəpik olacaq.

İndi isə gələk digər marşrutlara. Qiymət artımından əvvəl Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən 3 saylı marşrutlarda gediş haqqı 25 qəpik idi. Qiymət artımından sonra isə bu məbləğ 40 qəpik olacaq.

Sumqayıtdan Yaşmaya doğru hərəkət edən 26 saylı marşrutlarda da qiymət dəyişikliyi olub. Artımdan öncə bir nəfər üçün gediş haqqı 50 qəpik idisə indi 85 qəpik olacaq.

Bağlar istiqamətinə doğru hərəkət edən avtobuslarda gediş haqqı 25 qəpik idisə, qiymət artımından sonra gediş haqqı 40 qəpik olacaq.

Kiçik bir araşdırma aparaq. Qiymət artımından əvvəl bir tələbə Sumqayıt avtovağzalına 20 qəpiyə gəlib, oradan isə Bakıya 40 qəpiyə gedirdi. Metrodan istifadə etdikdə isə daha 20 qəpiyindən keçməli olurdu. Deməli bir tələbə üçün mənzilbaşına çatmaq 80 qəpiyə başa gəlirdi. Belə olan təqdirdə ümumilikdə bir tələbə gün ərzində 1,6 manat xərcləməli olurdu. Qiymət artımından sonra isə isə bu xərclərin məbləği 2,2 manat olacaq.

Bu isə bir tələbənin büdcəsinə 60 qəpik təsir göstərəcək. Ay ərzində isə bu məbləğ təxminən 12 manat edir. Əvvəl 32 manatla bir tələbə paytaxta gedib gəlirdisə, indi 44 manat xərcləməli olacaq.
Bu isə 40 faiz artım deməkdir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.