banner
banner

Mədənİyyət

Azərbaycan xalçaları dünya hərraclarında

Azərbaycan xalçaları dünya hərraclarında

Dünyada keçirilən hərraclarda böyük maraq göstərilən məhsullardan biri Azərbaycan xalçalarıdır.

2013-cü ildə Vyanada, Londonda, 2014-cü ildə isə Nyu-Yorkda keçirilən hərraclarda XVIII və XIX əsrlərdə toxunmuş Azərbaycan xalçaları satışa çıxarılıb.

“Qarabağ”, “Qazax-Borçalı”, “Təbriz”, “Quba” qruplarına aid olan xalçaların ən ucuzu 10 min avroya, ən bahalısı isə 233 min ABŞ dollarına satılıb. Azərbaycan xalçaları 2016-cı il noyabrın 20-də ABŞ-da “Grogan” hərracında Mitçel və Rozali Rudnikin şəxsi kolleksiyasının satışı zamanı ümumilikdə 744 min 200 ABŞ dollarına satılıb.

Bir maraqlı məqam da budur ki, “Azərxalça” hərraclarda satılan xalçaların çeşniləri əsasında yeni məhsullar istehsal edir. Müasir Azərbaycan xalçaçıları tarixi yaddaşın, qədim çeşnilərimizin bərpası ilə milli dəyərlərimizə sahib çıxdıqlarını nümayiş etdirirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər