banner
banner

Sİyasət

Məmmədyarov Aİ ilə böyük sazişdən danışdı: "Bizim siyasətimiz "və ya"lara söykənmir"

Məmmədyarov Aİ ilə böyük sazişdən danışdı:

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında dialoq uzun müddətdir ki, bərabərhüquqlu və qarşılıqlı səmərəli şəkildə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Azərbaycan ilə Aİ arasında yeni sazişə dairə prosesin necə getməsi barədə sualı cavablandıran nazir bildirib ki, bu günlərdə Brüsseldə Aİ rəsmiləri ilə baş tutan görüşlər bu cür yanaşmanın doğru olduğunu göstərir: "Proses düzgün istiqamətdə davam edir və bu, iki bərabərhüquqlu tərəfdaş arasında "böyük sazişin" imzalanmasına gətirib çıxaracaq".

Azərbaycan ilə Avropa İttifaqı arasında vizasız rejim barədə danışan Məmmədyarov vurğulayıb ki, bu iki tərəfdaş arasında artıq sadələşdirilmiş viza rejimi mexanizmi mövcuddur: "Bu sahədə qarşılıqlı əlaqələr inkişaf edir və hər iki tərəfin maraqlarına cavab verəcək səviyyə çatacaq".

"Azərbaycanın xarici siyasət kursu "və ya-və ya" prinsipi əsasında deyil, balanslaşdırılmış, çoxvektorlu və inklüziv xarakter daşıyır. Əminik ki, bu kursa sadiqlik öz bəhrəsini verməyə davam edəcək və bizim xalqımızın, ümumilikdə regionun xeyrinə xidmət edəcək" - deyə XİN başçısı əlavə edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ermənistan Rusiyanı "satqınlıq"da ittiham edir

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli İctimi Televiziyanın efirindəki çıxışında Rusiyanın Ermənistanı müharibəyə cəlb eləməyə çalışdığını və bunda məqsədinin "sonradan "xilas edib" erməni xalqının və dövlətçiliyinin boynuna ilgək keçirmək" olduğunu deyib. Simonyan deyib: "Bizi müdafiə eləmək zamanı gələndə Rusiya bizi müdafiə etmədi". Simonyan gileylənib: "Bəli, mən bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən böhranlı məqamda bizi tərk elədi və bu, faktdır".

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.