banner
banner

Gündəm

Gəncə hadisələri ilə bağlı daha bir nəfər tutuldu

Gəncə hadisələri ilə bağlı daha bir nəfər tutuldu

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktı və ardından 2 polis zabitinin qətli ilə bağlı istintaq davam edir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi hadisələrdə aktiv iştirak etmiş daha bir Gəncə sakininin saxlanılması haqda məlumat yayıb.

DSX-nin saytında yer alan məlumatda deyilir ki, 2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.

 

Gəncədə 1 həftə fərqlə baş verən qanlı olaylarla bağlı DİN, Baş Prokurorluq və DTX birgə açıqlama yayaraq Gəncənin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı törədilmiş hadisənin terror aktı olduğunu elan edib. Həmin rəsmi açıqlamada Elmar Vəliyevə odlu silahdan atəş açmış Yunis Səfərovun hansı dairələrə bağlılığı da birbaşa olmasa da açıqlanıb. Elmar Vəliyevə və mühafizəçisinə qarşı gerçəkləşdirilən hadisədən 1 həftə sonra Gəncədə 2 polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov xəncərlə endirilən zərbələrlə öldürülüblər. 

Qanlı hadisələrdən ötən müddət ərzində Gəncə olaylarına görə əməliyyat istintaq tədbirləri davam etdirilməkdədir. İsmayıl İsmayılovla bərəbər bu günə qədər 65 nəfər həbs olunub. İyulun 25-də gerçəkləşdirilən əməliyyat tədbiri nəticəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktının planını hazırlayan Gəncə şəhər sakini Ağa Hüseyn oğlu Sərxani öldürülüb. Yayılan rəsmi məlumatlara görə, o, Yunis Səfərovla birlikdə Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlayıb. İstintaq müəyyən edib ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

Bu barədə Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir. Məlumata görə, təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində “ağır cinayət əməlləri törətmiş mütəşəkkil qrup”un fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Anar Bağırovun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib. Onun əməliyyat tədbirləri zamanı silahlı müqavimət göstərdiyi və cavab tədbiri olaraq öldürüldüyü deyilir. Hadisə yerinə baxış zamanı Anar Bağırovun üzərindən “Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edildiyi də qeyd olunur. Bundan öncə Gəncə hadisələri ilə bağlı 30-dan artıq şəxs həbs edilib. İyulun 15-də isə polisi öldüməkdə şübhəli sayılanlardan biri Rəşad Böyükkişiyevin isə polisə qumbara ilə müqavimət göstərərkən öldürüldüyü haqda rəsmi məlumat verilib. Yada salaq ki, Gəncədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən 2 polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov kəsici-deşici alətlərlə yetirilmiş zərbələr nəticəsində öldürülməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü və 228.4-cü maddələri ilə cinayət işi başlanıb. Qanlı cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və eyni təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən ediliblər. Xüsusi əməliyyat zamanı R.Böyükkişiyev öldürülüb, F.Qasımov həbs edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.