banner
banner

Krİmİnal

Balakəndə narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutulub

Balakəndə narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutulub

narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbiri uğurla nəticələnib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Balakən RPŞ əməkdaşlarının avqustun 6-da keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Tülü kənd sakini İsmayıl Murtuzəliyev saxlanılıb.

 

Onun yaşadığı kənddə, "Qıraq oba" adlanan sahibsiz yerdə əkib-becərdiyi ümumi çəkisi 99 kiloqrama yaxın 60 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Axtarışda olan 43 nəfər saxlanıldı

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.