banner
banner

İqtİsadİyyat

Azərbaycanda hazırda 5 toxumçuluq müəssisəsi tikilir

Azərbaycanda hazırda 5 toxumçuluq müəssisəsi tikilir

Azərbaycanda hazırda 5 toxumçuluq müəssisəsi tikilir. Onlardan 2-si bu il, 3 müəssisə isə növbəti ildə istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bu sözləri avqustun 7-də “Respublikada bitki sortlarının qeydiyyatı, toxumçuluğun mövcud vəziyyəti, problemlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən respublika müşavirəsində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Nazir müavini qeyd edib ki, respublikamızda bu istiqamətdə Toxum Fondu yaradılıb, nizamnamə kapitalı müəyyənləşdirilib.

 

Müşavirədə respublikada toxumçuluğun mövcud vəziyyəti, provlemlər və qarşıda duran vəzifələr, toxumçuluğun elmi əsaslarla inkişafı, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, dövlət sort sınaq məntəqələrində aparılan sınaqlar və onun nəticələrinin təhlili məsələləri müzakirə olunub.

Respublika müşavirəsində Nazirliyin Mərkəzi Aparatının, Dövlət Xidmətinin mərkəzi və yerli qurumlarının nümayəndələri, özəl və dövlət toxum istehsalçıları iştirak ediblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.