banner
banner

Gündəm

AQTA-dan əhaliyə xəbərdarlıq - Yoluxucu xəstəlik təhlükəsi

AQTA-dan əhaliyə xəbərdarlıq -

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.

 

Bununla əlaqədar olaraq bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Saakaşvili xalqı "birliyə və hücuma" çağırdı

Cia.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili "ölkədə birlik və hücum vaxtının gəldiyini" bəyan edib. O, sosial şəbəkədəki səhifəsində yazıb: "Birlik və hücum zamanıdır!" Aprelin 15-də Gürcüstan parlamenti hakim "Gürcü arzusu" partiyasının fraksiyasının təqdim elədiyi "Xarici təsirin şəffaflığı" barəsində qanun layihəsinin müzakirəsinə başlayıb.

Deputat Əhliman Əmiraslanovun oliqarx oğlun: Xaloğlusuna pul atan Azər Əmiraslanovun PKK-dan ermənilərədək uzanan biznesi

Rusiya Ədliyyə Nazirliyi 44 günlük müharibə dövründə maddi və mənəvi cəhətdən erməniləri dəstəklədiyini bildirən “Anderson” kafelər şəbəkəsinin rəhbəri Anastasiya Tatulovanı “xarici agent”lər siyahısına salıb. Milli Məclisin deputatı Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun da Moskvanın Şkulyova küçəsindəki kafesinin adı “Anderson”dur. Yəni deputatın oğlunun Ermənistana maliyyə yardımı göstərən Tatulova ilə françayzinq müqaviləsi var və buna görə ona haqq ödəyir.

Ordumuzun mövqeləri atəşə tutulub

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.