banner
banner

Krİmİnal

Tərtərdə eyni kəndin sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

| Xəbər 1671 dəfə oxunub
Tərtərdə eyni kəndin sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Tərtərdə eyni kəndin sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buruc kənd sakini Rasim Şahsuvarova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu və 7,498 qram marixuana aşkar edilərək götürülüb.

 

Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə digər Buruc kənd sakini Müşfiq Əliyevin evinə baxış zamanı oradan 8,648 qram marixuana, 511,96 qram tiryək və 26,125 qram heroin aşkar edilərək götürülüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi