banner
banner

İdman

"Evdə "Qarabağ"a qarşı fərqli oynayacağıq" - BATE-nin futbolçusu

"Evdə "Qarabağ"a qarşı fərqli oynayacağıq" - BATE-nin futbolçusu

"Hələ heç kim PSV haqda düşünmür. Komanda şəklində addım-addım irəliləyirik".

Qol.az-ın məlumatına görə, bu sözləri Belarus mətbuatına açıqlamasında "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun deyib. Gələn həftə Borisovda keçiriləcək cavab matçı ilə bağlı fikirlərini açıqlayan 30 yaşlı futbolçu ev oyununda fərqli taktika ilə çıxış edəcəklərini bildirib:

 

"Açıq danışsaq, bizim elə də böyük üstünlüyümüz yoxdur. Qarşıdakı hələ Borisovda keçirəcəyimiz cavab oyunu var. Ümid edirəm ki, ev matçında həm hücumda, həm də müdafiədə bir qədər fərqli oyun nümayiş etdirəcəyik. Amma əminəm ki, Bakıda olduğu kimi, doğma meydanda da bizə çətin olacaq".

Qeyd edək ki, "Qarabağ"la BATE arasında cavab matçı avqustun 14-də Borisovda keçiriləcək və Bakı vaxtı ilə 21:00-da start götürəcək. İlk oyunda Belarus klubu minimal hesablı qələbəyə sevinib. Görüşdə yeganə qolu məhz Draqun vurub.

Xatırladaq ki, bu cütün qalibi pley-off mərhələsində son Hollandiya çempionu PSV-yə rəqib olacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.