banner
banner

İqtİsadİyyat

Azərbaycanın aparıcı sement istehsalçısı məhsullarını bahalaşdırıb

| Xəbər 1399 dəfə oxunub
Azərbaycanın aparıcı sement istehsalçısı məhsullarını bahalaşdırıb

Azərbaycanın aparıcı sement istehsalçısı – “Norm” MMC istehsal etdiyi məhsulların qiymətini, təxminən, 12% artırıb.

“Report”un məlumatına görə, hazırda şirkətə məxsus 40 kq-lıq 300 marka sementin topdansatış qiyməti 5,8 manatdır ki, bu da əvvəlki qiymətlə müqayisədə 0,6 manat çoxdur.

“Norm” 40 kq-lıq 400 marka sementin topdansatış qiymətini isə 0,7 manat artıraraq 6,6 manata çatdırıb.

Hazırda həmin məhsulların pərakəndə satış qiymətləri müvafiq olaraq 6 manat və 6,8 manatdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi