banner
banner

İdman

“Tottenhem” İngiltərə Premyer Liqasının yay fasiləsində futbolçu transfer edə bilməyən yeganə klubu olub

| Xəbər 871 dəfə oxunub
“Tottenhem” İngiltərə Premyer Liqasının yay fasiləsində futbolçu transfer edə bilməyən yeganə klubu olub

İngiltərə Premyer Liqasında çıxış edən “Tottenhem” son 15 ildə yay fasiləsi zamanı heç bir futbolçu transfer etməyən yeganə klub olub.

“Report” “Daily Mail”a istinadən xəbər verir ki, transfer bazarındakı səssizliklərinə rəğmən, London təmsilçisinin baş məşqçisi Maurisio Poççetino durumlarından razıdır: “Komandanızı gücləndirə biləcək futbolçular ala bilmirsinizsə, ən yaxşı oyunçuları itirməyəcəyinizə əmin olun. Fikrimcə, klub ən yaxşı futbolçularını heyətdə saxlamaqla əla iş gördü”.

Qeyd edək ki, İngiltərədə “transfer pəncərəsi” avqustun 9-da bağlanıb. Klublar bundan sonra yalnız oyunçularını sata bilərlər. Yay fasiləsində bazarda ən fəal klub “Liverpul” olub. “Qırmızılar” 4 futbolçuya ümumilikdə 164 milyon funt sterlinq ödəyiblər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi