banner
banner

İqtİsadİyyat

Azərbaycanda 3 milyon tona yaxın taxıl istehsal olunub

| Xəbər 1077 dəfə oxunub
Azərbaycanda 3 milyon tona yaxın taxıl istehsal olunub

Azərbaycanda taxıl biçini davam edir. 9 avqust 2018-ci il tarixinə olan məlumata əsasən, respublikada 1010.3 min hektar sahədə taxıl biçini aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, biçilən sahələrin 674.2 min hektarı buğda, 336.2 min hektarı arpa sahəsidir. Buğdanın məhsuldarlığı 30.2 s/ha, arpanın məhsuldarlığı 27.9 s/ha təşkil edib. İndiyədək arpa biçini 99.8 faiz, buğda biçini 99.4 faiz yerinə yetirilib.

Biçin başlanandan ümumi taxıl istehsalı 2 milyon 977 033 ton təşkil edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi