banner
banner

Maraqlı

Alimlərdən xərçəngə qarşı yeni dərman

| Xəbər 2429 dəfə oxunub
Alimlərdən xərçəngə qarşı yeni dərman

Avstraliyalı alimlər xərçəng hüceyrələrinin digər sağlam hüceyrələrə qovuşaraq çoxalmasının qarşısını alan yeni dərman icad ediblər.

Trend-in məlumatına görə, yeni dərman xərçəng hüceyrələrini "əbədi yuxuya qərq edir". Ancaq alimlər qeyd ediblər ki, yeni dərmanı heyvanlar üzərində artıq sınaqdan keçiriblər. İnsanlar üzərində təcrübə aparmaq üçün hələ tezdir.

"Nature" jurnalında yayımlanan bu təcrübə 10 il davam edib. Alimlərin fikrinə görə bu dərman ənənəvi xərçəng müalicəsinin səbəb olduğu yan təsirlərə malik deyil.

Dərman siçanlarda qan xərçəngi və qara ciyər xərçənginin inkişafını dayandırıb. Alimlər qeyd edirlər ki, ənənəvi xərçəng müalicəsi DNT-ni zədələyir. Eyni zamanda sağlam hüceyrələrə də ziyan vurur. Kimyəvi terapiyanın da əks təsirləri çoxdur. Yeni dərmanlar isə xərçəngin yayılmasını təmin edən spesifik proteinlərin istehsalını dayandırır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi