banner
banner

Dünya

Ankarada bir nəfərin ətrafa silahla atəş açması nəticəsində 17 nəfər yaralanıb

| Xəbər 666 dəfə oxunub
Ankarada bir nəfərin ətrafa silahla atəş açması nəticəsində 17 nəfər yaralanıb

Ankarada narkotik aludəçisi olduğu iddia edilən şəxsin ətrafa silahla atəş açması nəticəsində 1-i uşaq olmaqla, 17 nəfər yaralanıb.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə avqustun 13-də Altındağ məhəlləsində qızıl dükanlarının və valyuta dəyişmə məntəqələrinin yerləşdiyi ərazidə baş verib. Silahlı şəxsin məhz bu obyektləri atəşə tutduğu bildirilir.

Hadisə yerindən qaçan şübhəli şəxsin axtarışları davam edir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi