banner
banner

Krİmİnal

Arvadını və onun yanında olan şəxsi bıçaqlayıb - daha bir namus cinayəti

| Xəbər 2007 dəfə oxunub
Arvadını və onun yanında olan şəxsi bıçaqlayıb

Qısqanclıq zəminində arvadını öldürən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Rəşad İbrahimzadə cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin edilib.

Qətl hadisəsi bu il mayın 1-də Nərimanov rayonu ərazisində, "Şərq bazarı"nın yanındakı "Atlas" klinikasının qarşısında baş verib.

R.İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan tanışı, Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib.

Nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi