banner
banner

Dünya

“Adnan Oktar kimi şəxslər bizim lojanın üzvü ola bilməz” - Masonlardan təkzib gəldi

| Xəbər 1449 dəfə oxunub
“Adnan Oktar kimi şəxslər bizim lojanın üzvü ola bilməz” -

Türkiyədə Adnan Oktar və onun qrupuna qarşı aparılan istintaq çərçivəsində zərərçəkən qismində ifadə verən C.Ö A.Oktarın mason olmaq üçün 1 milyon 50 min avro ödədiyini iddia etmişdi.

Musavat.com xəbər verir ki, Oktarın italyan mason lojasında 33-cü dərəcədən üzv olması xəbəri Hür və Qəbul Edilmiş Masonlar Türkiyə Böyük Lojası tərəfindən yalanlandı.

Lojanın böyük ustadı Bülent Akkan Oktarın dünyada qəbul edilən heç bir mason dərnəyi tərəfindən masonluğa qəbul edilməsinin mümkün olmadığını deyərək, aşağıdakıları vurğulayıb: “Adnan Oktar adlı şəxs nə bu gün, nə də keçmişdə dərnəymizin üzvü olmayıb”.

İstintaq çərçivəsində ifadə verən C.Ö adlı təqsirləndirilən şəxs Oktarın həmin sənədi necə aldığını belə açıqlamışdı:"Adnan Oktar 2012-ci ildə xaricdə daha böyük nüfuz əldə etmək üçün mason olmasının vacibliyini dedi və məndən bununla bağlı araşdırma aparmağımı istədi. Mən də dünyadakı ən güclü mason lojalarının Şotland Rit və P2 mason lojaları olduğunu öyrənib bildirdim. Ritə üzv olmaq üçün İngiltərədə yaşaması lazım idi. Ona görə də P2 Mason lojası ilə əlaqə qurmağımı istədi. Hər dəfə 350 min avro olmaqla, 3 dəfə pul verərək, 33-cü dərəcədən mason olmasına nail olduq. Bu vəsilə ilə 2014-cü ildə İtaliya xarici işlər naziri Franco Frattini Türkiyəyə gələrək, A.Oktar ilə görüşdü. Bu loja Vaşinqton lojası ilə ortaq hərəkət etdiyi üçün Trampın prezidentiyə qəbul günündə də dəvət alındı. Adnan Oktarı təmsil etmək üzrə Oktar Babuna və yanındakı bir nəfər bu tədbirə qatıldı. Bu dəvətnamələri almaq üçün Adnan Oktar 200 min dollar pul ödədi”.

B.Akkan isə yazılı açıqlamasında aşağıdakı fikirlərə yer verib: “Bu şəxs keçmişdə olduğu kimi, bu gün də Hür və Qəbul Edilmiş Masonlar Dərnəyi ilə heç bir zaman əlaqələri olmadığı halda üzvümüz olduğu iddia edilən və qanundan kənar əməllər içində olduğuna görə camiəmizi töhmət altında qoyan insandır. Həqiqətdən uzaq, qondarma sənədlərlə dərnəyimizin mənsubu olaraq göstərilən və 15 iyul 2016-cı il tarixində yaşanan xain çevriliş cəhdinin bir nömrəli səbəbkarı olan FETÖ lideri Fətullah Gülən kimi hələ də barəsində istintaq gedən, önəmli ittihamlar yönəldilən Adnan Oktar adlı şəxs nə bu gün, nə də keçmişdə dərnəyimizin üzvü olmayıb. Bundan başqa, hər cür siyasi və dini mübahisələrdən uzaqda özünü inkişaf etdirməyə, cəmiyyətə və insanlığa faydalı fərd olmaq məqsədi ilə fəlsəfi fəaliyyətlə məşğul olan masonlarla bu cür şəxslərin bir arada olması, adlarının yanaşı hallanması mümkün deyil. Bu şəxslərin camiəmizin mənsubu olması, eləcə də dünyada qəbul edilən və bu prinsipləri mənimsəmiş heç bir mason dərnəyi tərəfindən masonluğa qəbul edilmiş olmaları da mümkün deyil. Biz masonlar üçün bu iddiaların ciddiyə alınacaq heç bir tərəfi yoxdur. Bundan başqa, bəzi insanların cəmiyyətin məlumatsızlığından istifadə edərək, camiə üzvlərimizi bu sayaq şəxslərlə əlaqələndirmək cəhdləri də bizi kədərləndirir”.

musavat.com

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi