banner
banner

Sosİal

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramında gücləndirilmiş iş rejimində işləyəcək

| Xəbər 1277 dəfə oxunub
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramında gücləndirilmiş iş rejimində işləyəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə iş qrafikində dəyişiklik edib.

Bu barədə "Report"a Kompleksdən bildirilib.

Məlumata görə, avqustun 15-dən 27-nə qədər BBAK gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə təxminən 12 min sərnişin Avtovağzaldan yola salınır. Sərnişinlər biletləri BBAK-ın kassalarından və ya onlayn qaydada - www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər.

Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiyası nəzarət edəcək. Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi