banner
banner

Dünya

Azərbaycanlı iş adamı Rusiyada öldürüldü

| Xəbər 972 dəfə oxunub
Azərbaycanlı iş adamı Rusiyada öldürüldü

Rusiyanın paytaxt Moskvada, Kalujskoe şossesi ərazisində azərbaycanlı iş adamı öldürülüb.

Report-un əldə etdiyi məlumata görə, 1980-cı il təvəllüdlü Sadiq Qulu oğlu Qasımov bıçaqlanaraq qətlə yetirilib.

Moskva ətrafında yaşayan və xırda ticarətlə məşğul olan azərbaycanlının milliyyətcə gürcü olan Qurami adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Hadisənin tərəflər arasında baş verən mübahisə nəticəsində baş verdiyi bildirilir. Gürcü əsilli şəxs azərbaycanlı iş adamını bıçaqlayandan sonra qaçıb. Çoxlu qan itirən S.Qasımov isə hadisə yerində dünyasını dəyişib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi