banner
banner

Şou

Xına gecəsini İstanbulda edəcək

| Xəbər 1539 dəfə oxunub
Xına gecəsini İstanbulda edəcək

Mert Fıratla münasibətə başlayan və sentyabrda evlənməyə hazırlaşan İdil Fıratın xına gecəsi üçün hazırladığı dəvətnamənin şəkli yayılıb. 

 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, sentyabrın 8-də Alaçatıda nikah masasına oturmağa hazırlaşan cütlük xınanı İstanbulda edəcək. Məclis avqustun 27-də Sait Halim Paşa köşkündə olacaq. 

Çiçəkli və mavi rəngli dəvətnamənin üstündə "İdil gəlinin dəvətnaməsi" sözləri yazılıb. İdil gecəyə qatılacaqlar üçün ümumi bir poçt ünvanı yaradıb. O, dəvətnamə göndərdiklərindən xahiş edib ki, gələcəklərini təsdiqləyən məktubu həmin ünvana göndərsinlər. 

Bununla İdil məkana gecəyə qatılmayacaq qonaqların pulunu ödəməkdən özünü xilas edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi