banner
banner

Gündəm

Rumıniyanın Konstansa Limanı Bakı Limanı ilə birgə layihələr üçün açıqdır

| Xəbər 1287 dəfə oxunub
Rumıniyanın Konstansa Limanı Bakı Limanı ilə birgə layihələr üçün açıqdır

Rumıniyanın Konstansa Limanı Dünya Limanlar Birliyi ilə birgə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə səmərəli və məhsuldar əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Bunu Trend-ə Konstansa Limanının nümayəndəsi deyib.

Onun sözlərinə görə, Rumıniya limanı bilik və təcrübə mübadiləsi, yeni yanaşmaların müəyyən edilməsi və yük daşımaların həcminin artırılması məqsədilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə layihələrin təşəbbüsü üçün açıqdır:

“Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlıqla bağlı yeni yanaşmaların müəyyən olunması üçün səy göstərəcəyik. Əminik ki, gələcəkdə əməkdaşlıq üçün yeni istiqamətlər və sahələr tapılacaq”.

 

O xatırladıb ki, 2017-ci il oktyabrın 5-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Konstansa Dəniz Limanının rəhbərliyi arasında anlaşma memorandumu imzalanıb. Həmin sənəd vacib hadisə - Konstansa Limanında keçirilmiş “İpək yolu” sammiti ilə əlaqədar imzalanmışdı.

O vurğulayıb ki, Konstansa Limanı tərəfindən həm Rumıniyada, həm də digər ölkələrdə təşkil olunan tədbirlər zamanı müxtəlif sahələrdən olan şirkətlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələri ilə görüşmək və limanın Xəzər regionunda vacib logistika qovşağı qismində edə biləcəyi təkliflərlə tanış olmaq imkanına malik olublar:

“Konstansa Limanı öz tərəfdaşlarını Xəzər regionunda ən iri və inkişaf etmiş liman qismində Bakı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının potensialı ilə tanış edib. Bu liman həmçinin Qara dəniz – Xəzər dənizi dəhlizində vacib rol oynayır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi