banner
banner

Sİyasət

Qənirə Paşayeva Macarıstanda şəhər meri ilə görüşüb

| Xəbər 1573 dəfə oxunub
Qənirə Paşayeva Macarıstanda şəhər meri ilə görüşüb

Millət vəkili Q.Paşayeva Buğac meri ilə görüşdə Turan Qurultayının keçirildiyi Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi ilə çıxış edib.

Macarıstanda Turan Qurultayında iştirak edən millət vəkili Q. Paşayeva Macarıstanıın Buğac meri Laszlo Szabo ilə görüş zamanı Azərbaycan-Macarıstan münasibətləri, ölkəmizin dost Macarıstanla münasibətlərin inkişafına verdiyi böyük önəm, bu ölkədə keçirilən Turan Qurultayının vacibliyi ilə bağlı fikirlərini səsləndirib və belə bir möhtəşəm tədbirə dəstək verdikləri üçün meri təbrik edib. Azərbaycanın Macarıstanıa münasibətlərin imkişafına verdiyi böyük önəmdən, dostluğumuzu daha da gücləndirmənin vacibliyindən danışan millət vəkili Q.Paşayeva Turan Qurultayı ilə bağlı atrıq bir neçə dəfə Buğacda olmaq böyük məmnuniyyət duyduğunu deyib və iki dost ölkə bölgələri arasında əməkdaşlıqdan danışaraq Turan Qurultayının keçirildiyi Buğacla Azərbaycan bölgələrindən birini qardaşlaşmış bölgələr olaraq görmək istəyirik deyib. Dağlıq Qarabağ münaqişəsi barədə də danışan millət vəkili Q. Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində ortaq səylərin artmasının vacibliyini də vurğulayıb. Azərbaycanın dost ölkə olduğunu və Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük əhəmiyyət verdiklərini deyən Buğac meri Laszlo Szabo Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı əməkdaşlıq, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova , iş qadını Pərvanə Mustafayevanın iştirak etdiyi görüşdə millət vəkili Buğaç meri Laszlo Szabonu ölkəmizə dəvət edib və Azərbaycanla bağlı materialları təqdim edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi