banner
banner

Krİmİnal

Sərnişinin ölümünə səbəb olan sürücü məhkəmədə həbs edildi

| Xəbər 1208 dəfə oxunub
Sərnişinin ölümünə səbəb olan sürücü məhkəmədə həbs edildi

Sərnişinin ölümünə səbəb olan sürücü məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisi törətməkdə təqsirləndirilən Fərhad Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən F.Quliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri ləğv olunub. F.Quliyev məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ötən il noyabrın 10-da Siyəzən rayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini F.Quliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yol ayırıcına vurub. Nəticədə sürücü və sərnişin, Quba rayon sakini Elman Rəhimov xəstəxanaya yerləşdiriliblər. Sərnişin Elman Rəhimov orada ölüb.

İstintaq dövründə F.Quliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi