banner
banner

İqtİsadİyyat

Bakı-Tiflis-Qarsla nə qədər yük daşınıb?

| Xəbər 1454 dəfə oxunub
Bakı-Tiflis-Qarsla nə qədər yük daşınıb?

Bakı-Tiflis-Qars dəmiryol xəttinin istismara verilməsindən on aya yaxın vaxt keçir. Xətlə sərnişin daşınmasına hələ başlanmasa da, bu müddət ərzində yükdaşımaları həyata keçirilib.

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında prezident İlham Əliyev çıxışında dəmiryol xətti ilə bağlı bəzi məlumatları açıqlayıb: “2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tiflis-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Biz qarşıdakı illərdə bu marşrutla yükdaşımaların dəfələrlə artmasını gözləyirik”.

Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr  xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə isə 2018-ci ilin 8 ayı ərzində marşrutla 1417 ədəd konteyner, 38 min ton isə digər təmayüllü vaqonlarda yük daşınıb.

Bir neçə gün əvvəl yayılan məlumatdan aydın olur ki, Bakı-Tiflis-Qarsla Rusiya mənşəli yüklərin daşınması getdikcə daha geniş vüsət alır. Belə ki, Rusiyanın “Maqnitiqorsk Metallurgiya Kombinatı” (MMK) PSC  Türkiyəyə metal məhsullarının çatdırılması üçün bu marşrutdan istifadə etməyə başlayıb.

Bakı-Tiflis-Qars ile ilgili görsel sonucu

Şirkətin bununla bağlı xəbərində deyilir ki, artıq Maqnitiqorsk - Bakı - Tiflis - Qars dəmir yolu marşrutu ilə Türkiyəyə metal məhsullarının nümunə partiyası çatdırılıb: “Hazırda Azərbaycan operatoru ”ADY Express"lə birlikdə, bu marşrut ilə ildə 250 min ton metal məhsullarının və ya “MMK Metalurji”nin(Türkiyədəki törəmə şirkət-red.) isti yayma rulonunda tələbinin üçdə bir hissəsinin çatdrılması imkanı hazırlanır".

Məlumatda deyilir ki, ümumi çəkisi 120 ton olan 4 ədəd konteyner, “Maqnitiqorsk Metallurgiya Kombinatı”nın  Türkiyədəki törəmə müəssisəsinə çatdırılıb. Metal məmulatı olan vaqonlar 17 gün ərzində 5 min km məsafəni qət edib.

Xatırladaq ki, indiyədək “MMK Metalurji”nin isti yayma rulonunun tədarükü Novorossiysk limanı vasitəsilə yalnız dəniz yolu ilə həyata keçirilib: bu marşrutun uzunluğu 6 min km-dən çox, yolun müddəti isə 30 gündür.

Onu da qeyd edək ki, Rusiya ilə Türkiyə arasında qarşılıqlı ticarət əlaqələri gündən-günə genişlənir. Bu isə ilkin olaraq əsasən Çin məhsullarının Avropaya çatdırılması imkanlarına hesablanmış BTQ ilə yaxın perspektivdə daha çox yük daşınacağını göstərir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi