Bakıda restoranda vəhşi quşlar saxlayan şəxs cərimələnib
Bakıda restoranda vəhşi quşlar saxlayan şəxs cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyə Pirşağı qəsəbəsində fəaliyyət göstərən ictimai-iaşə obyektində qəfəsdə vəhşi quşların saxlanılması ilə bağlı şikayət daxil olub. Şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Araşdırma zamanı Sabunçu rayonu Pirşağı qəsəbəsində, dənizkənarı zonada fəaliyyət göstərən ictimai-iaşə obyektində qanunsuz olaraq təbiətdən götürülmüş 2 bozqır muymulu quşunun qəfəsdə saxlanıldığı faktı təsdiqini tapıb. Faktla bağlı obyektin sahibi Bəxtiyar Məmmədov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib. Vəhşi quşlar götürülərək təbiətə buraxılıb.
ETSN ətraf mühitin qorunması və təbiəti mühafizə sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər bir şəxsə təşəkkürünü bildirir və ekoloji qanun pozuntuları ilə rastlaşdıqda dərhal nazirliyə və nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat vermələrini xahiş edir.
Prokuror keçmiş Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevə iş istəyib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb.
Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.