banner
banner

Sağlamlıq

Minlərlə uşağın həyatını xilas edən pediatrın KƏŞFİ bir əsr sonra ÜZƏ…

Minlərlə uşağın həyatını xilas edən pediatrın KƏŞFİ bir əsr sonra ÜZƏ…

Müasir təbabət yeni texnologiyaların və dərmanların köməyi ilə möcüzələr yaratmağa qadirdir.

Amma hələ 100 il əvvəl həkimlərin əlində belə imkanlar yox idi. Onlar bu və ya digər xəstəliklərin ən qeyri-adi müalicə üsullarını uzun illərə söykənən araşdırmalar nəticəsində tapmağa müvəffəq olurdu. Onlardan biri adi kök şorbası sayəsində uşaqların həyatını xilas edən sloveniyalı pediatr Ernst Moro olub.

Publika.az bu yazıda oxucuları yerkökü şorbası ilə minlərlə uşağın həyatını xilas edən pediatrın icadı ilə tanış edib.

Ötən yüzillikdə doğulan uşaqların çoxu sağ qalmadılar. Əksəriyyəti ya doğuşdan dərhal sonra, ya da bir neçə il sonra vəfat edirdi. Çünki hər hansı xəstəliklərə qarşı dərman və qurtuluş yolu yox idi. Hər halda tibbin böyük sənətkarları arasında olan həkimlər öz icadları ilə müəyyən uğurlara nail ola bilirdi. Sloveniyalı pediatr Ernst Moro uşaq ölümünü azaltmaq üsulunu tapa bilib.

 

Ernst Moro 1874-cü ildə müasir Sloveniyanın paytaxtı Lyublyanada anadan olub. Həmin illərdə isə Lyublyana Avstriya-Macarıstan imperiyasının şəhərlərindən biri sayılırdı. Və şəhər Laybax adlandırılırdı.

Moro Qratsda (Avstriyada Ştiriyanın inzibati mərkəzi olan Qrats Avstriya imperiyasının Türk sərhədlərində ən qədim postlarından biri və ölkənin ən orijinal şəhərlərindən biri olub) oxuyub. 1899-ci ildə o, tibb doktoru alimlik dərəcəsi alıb, 1901-1902-ci ildə o, bağırsaq basili bakteriyasını kəşf edən Teodor Yeşerixlə çalışıb, 1906-ci ildə Münhendə pediatr ixtisasına yiyələnib, iki il sonra isə Heydelberq Universitetində professor olub.

Qeyri-adi dərman

Həkim 1908-ci ildə tibb dünyasında elə bir yenilik etmişdi ki, onun izahı düz bir əsr sonra açılmışdı. Birinci Dünya müharibəsi illərində uşaqların çoxu ishaldan ölürdü. Moro uşaq ölümlərinin sayını azaltmaq üçün sadə resept yaradır. Bu reseptin əsas inqrediyenti kök şorbası imiş. 1 litr suda yarım kiloqram kökü püre halına gətirib, üzərinə 3 qr duz əlavə edin və ümumi həcmi buxarlaşıb 1 litr olana qədər bişirin.

Yalnız 2002-ci ildə məlum oldu ki, yürkökü şorbasındakı turş oliqosaxaridlər bakteriyaların bağırsaq mukozasına yapışmasına maneə törədir. Digər araşdırma göstərib ki, bu xassələrinə görə şorba hətta ishalı müalicə edir və bakteriyaların səbəb olduğu antibiotiklərə qarşı davamlıdır.

Moronun digər nailiyyətləri

Məhz Moro uşağın həyatının ilk illərində olan refleksini araşdırıb. Məsələn, əgər körpə uşağın başının yanında kəskin səs-küy salsanız, o, əvvəlcə barmaqlarını aralayaraq qollarını yana açacaq, sonra isə əllərini birləşdirib sıxacaq. Əgər belə refleksi yoxdursa, bu, mərkəzi sinir sisteminin zədələnməsi və ya təzyiqin əlamətidir. Refleks olmadıqda uşağın serebral iflici diaqnozunu təyin etmək mümkün olur.

Uşaq butulkalarının sterilizasiya edilməsi və ana südü ilə qidalanan uşaqların immunitetinin xəstəliklərə qarşı daha çox davamlı olması məşhur pediatrın sayəsində öyrənilib.

Qaymaq, yağ, un və şəkərdən ibarət olan süni ana südünü Moro fikirləşib. Həmçinin Moro fermentasiya edilmiş süd məhsulları içərisində olan laktobakteriyanı aşkar edib və onun faydalarını göstərib.

Təəssüf ki, Ernst Moro tibb sahəsində göstərdiyi xidmətlərinə görə heç bir mükafat almayıb. Amma o, ömrünün sonuna qədər sevdiyi işlə məşğul olub və minlərlə körpənin həyatını xilas edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hər gün içdiyimiz suyun tərkibində görün nələr var... - Ölüm saçır

“Təəssüf ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyu “içməli su” adlandırmaq olmaz. Çünki istər bu suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur. Eyni zamanda, PH, qələviliyin aşağı olmasına görə, bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır...”

Dişlər üçün çox zərərli olan 7 QİDA

Mütəxəssislər ağız və diş baxımının əhəmiyyətinə diqqət çəkir, ortaya çıxan problemlərin müxtəlif xəstəliklərə səbəb ola biləcəyini bildirirlər. Ağız və diş sağlamlığını pozan diş çürükləri, diş əti xəstəlikləri geniş yayılıb. Qidalanma keyfiyyəti gündəlik həyatımızda çox önəmlidir.

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.

İlkin mərhələdə infarktı necə bilmək olar?

Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.