banner
banner

İdman

“Marsel”-“Qarabağ” oyunu üçün əngəllər aradan qaldırıldı

“Marsel”-“Qarabağ” oyunu üçün əngəllər aradan qaldırıldı

 

“Qarabağ” və “Marsel” komandaları arasında keçiriləcək oyun fransız klubunun öz stadionunda baş tutacaq.

Belə ki, artıq “Qarabağ” klubunun Fransada çıxış etməsi üçün vaksinlə bağlı problem aradan qalxıb.

 

Fransanın İdman naziri Roksana Marasinyanunun sözlərinə görə, ölkə artıq Çin və Rusiya peyvəndindən istifadə edən idmançıları qəbul edəcək.

Lakin bununla belə futbolçular sərt sağlamlıq protokoluna riayət etməli və start fitindən 24 saat əvvəl test verməlidlər.

Bundan əlavə, idmançılar qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər.

Qeyd edək ki, buna qədər Fransada Rusiya və Çin istehsalı peyvəndlər qəbul edilmədiyi üçün qarşılaşmanın başqa məkanda keçirilməsi gündəmə gəlmişdi.

Komandaların UEFA Konfrans Liqasının pley-off mərhələsindəki dueli fevralın 17-də start götürəcək. İlk oyunu səfərdə keçirən “Qarabağ”, fevralın 24-də doğma meydanda Fransa kollektivini qonaq edəcək.

Mənbə: foot-national.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Boks Federasiyası İrəvandakı təxribatla bağlı etiraz etdi

Azərbaycan Boks Federasiyası (ABF) Ermənistanın paytaxtı İrəvanda boks üzrə Avropa çempionatının açılış mərasimində baş verən təxribatla bağlı Beynəlxalq Olimpiya Komitəsi (İOC), Beynəlxalq Boks Assosiasiyası (İBA), Avropa Boks Konfederasiyası (EUBC) və EUBC-yə üzv olan ölkələrin federasiyasına etiraz məktubu ünvanlayıb.