banner
banner

Səhİyyə

Kimlərin korona pasportu qüvvədə qalacaq? - AÇIQLAMA

Kimlərin korona pasportu qüvvədə qalacaq? - AÇIQLAMA
Yazar: Tofiq

Təbii ki, 2-ci doza vaksin olunma tarixindən 1-5 ay keçmiş şəxslərin vaksin sertifikatı 15 fevraldan sonra hələ də qüvvədə qalmış hesab olunacaq. Onlar rahat şəkildə tələb olunan yerlərdə bu sertifikatlarından istifadə edə biləcəklər.

Bu sözləri Cia.az-a TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva fevralın 15-dən etibarsız sayılacaq peyvənd sertifikatları barədə yaranan suallara aydınlıq gətirərkən deyib.

O bildirib ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, 15 fevral tarixindən etibarən 18 yaşından yuxarı 2 doza peyvənd almış və üzərindən 6 ay keçmiş şəxslərin peyvənd sertifikatı etibarsız hesab olunacaq. Qərar yalnız həmin şəxslərə aiddir:

“3 doza peyvənd olunanlar artıq tam peyvənd olunmuş şəxslər sayılacaqlar. Çünki 2-ci doza vaksindən 4-5 ay sonra artıq immun hüceyrələrinin səviyyəsi və qoruyuculuğu azalmağa başlayır. Buster dozadan istifadə edərək, onların qoruyuculuğunu artırmış oluruq. Bu gün ölkəmizdəki peyvəndlərin tam qoruyucu olduğunu demək üçün peyvəndin 3 doza şəklində qəbulu tövsiyə edilir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Yaralı hərbçilərimiz üçün qan lazımdır? - TƏBİB açıqladı

Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış​ hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq. Əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur

Səhiyyə Nazirliyi ilə 3 milyonluq hospital arasında QALMAQAL: Sahibi görün kimdir

Hospital nazirliyi məhkəməyə verib. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə mübahisələrdən ibarətdir. Birinci instansiya iddianı təmin etmədiyinə görə “Dəniz Hospital” Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İşə hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq.