banner
banner

Sosİal

Bakıda şadlıq saraylarında keyfiyyət düşüb, qiymətlər bahalaşıb - MONİTORİNQ

Bakıda şadlıq saraylarında keyfiyyət düşüb, qiymətlər bahalaşıb - MONİTORİNQ

Bakıda şadlıq saraylarında qiymətlər orta hesabla 6 faiz bahalaşıb.

Cia az  xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəzin aprel və mayın ilk yarısı üçün apardığı monitorinqlərə əsasən, sözügedən müddətdə şadlıq saraylarında sifarişlərin sayı 72% azalıb. Bu, Ramazan ayında və daha sonra may ayında toyların sayının kəskin azalması ilə əlaqələndirilir.

Eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparılıb. CESD-in monitorinqinə görə, aprel və mayın birinci yarısında toy və şənliklərin sayının azalmasına baxmayaraq, menyuların qiyməti orta hesabla 6 faiz bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımları 4 faiz, 40-80 manat arasındakı menyularda 6 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 8 faiz olub.

Eyni zamanda, monitorinqlər zamanı xidmət keyfiyyətinin azalması müşahidə edilib. Belə ki, ötən müddətdə personalın sayında müşahidə edilən azalma xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər