banner
banner

Şou

“Binanın yiyəsi məmurların qohumudur, heç kəs onlara söz deyə bilmir”

“Binanın yiyəsi məmurların qohumudur, heç kəs onlara söz deyə bilmir”

Mənim yaşadığım binanın problemləri bitmir. Hər il yay aylarında günlərlə susuz, işıqsız, ilboyu qazsız qalırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Nura Suri feysbuk səhifəsində yazıb.  

Onun sözlərinə görə, binanın yiyəsi vəzifəli şəxslərin qohumudur, yəni məmurların: “Heç kəs onlara söz deyə bilmir. Hamı çəkinir. İndiyə kimi bizim məhəllənin problemlərini mən söhbət edə-edə, arada qışqıra-qışqıra həll etmişəm. Bütün qonşular bunu bilir. Neçə gündür suyu kəsiblər. Su idarəsi deyir ki, bizlik deyil, binanın çənində problemlər var, onlar həll etməlidir.

Deyirəm ki, axı mən supulunu dövlətə ödəyirəm, necə yəni sizin problem deyil. Deyir, komendantla danışın. Sağ olsun bütün qonşular, ağızlarına su alıb oturublar, elə bil burada məndən başqa yaşayan yoxdur”.

Müğənni bildirib ki, nə qədər ki məmurların bəziləri özlərindən başqa heç kəsi düşünməyəcəklər, millətin probleminə biganə qalacaqlar, problemlər heç vaxt həllini tapmayacaq.

N. Suri yazdığı statuslara görə üzləşdiyi problemlərdən də bəhs edib: “Yazdığım statuslara görə bir çox qurum tədbirlərə dəvət etməyə çəkinir. Halbuki sənətə gələndən bütün dövlət tədbirlərində təmənnasız oxumuşam (Azərbaycanın bütün bölgələrində). Eybi yox, qoy mənə ziyan olsun, amma susmaq mümkün deyil”.

 

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər