banner
banner

Təhsİl

Emin Əmrullayev əmr imzaladı: Sentyabrın 7-də...

Emin Əmrullayev əmr imzaladı:

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd ümumi təhsil müəssisələrində 2021/2022-ci tədris ili üçün müəyyən olunmuş hədəflərin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələri tərəfindən yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq və 2022/2023-cü tədris ilində qarşıda duran aktual vəzifələri müzakirə edib müvafiq əməli təkliflər hazırlamaqdır.

Əmrə əsasən, təhsil işçilərinin 2022-ci il sentyabr konfranslarının plenar müşavirə iclasları 7-13 sentyabrda keçiriləcək. Nəzərdə tutulan məsələlərin peşəkar səviyyədə müzakirəsini təmin etmək üçün səmərəli və mobil iş mühiti yaratmaq məqsədilə plenar müşavirələrin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələri üzrə keçirilməsi məqsədəuyğun hesab edilib.

Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Təhsil nazirliyinə milyonluq YEYİNTİ İTTİHAMI - Əməkdar müəllim FAKTLARI AÇIQLAYIR

Əvvəl onu qeyd edim ki, bu sindromun daşıyıcıları ümumi intellekt cəhətdən çox zəif olsalar da dil öyrənmək qabiliyyətləri yüksək olur. Nitqlərində ümumişlək olmayan ibarəli sözlər, dəxli oldu olmadı sitatlar işlədir, ilk baxışdan ətrafdakılara xüsusi istedadlarının olması təəssüratını bağışlaya bilirlər. Əslində isə zəka səviyyəsi aşağı olan belə fərdlər çox təhlükəli ünsürlərdir. Onların əqli inkişaf səviyyəsi “mədəni oğurluq” “kəşf” lərində əsla sərhəd tanımır. Qızışmış ehtirasları fonunda bütün mənəvi dəyərlərə nihilist münasibət sərgiləyirlər.

Qönçə idim çiçək açdım!

Qönçə idim çiçək açdım! Qönçə idim çiçək açdım! Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi M.Bayramov adına 196 nömrəli tam orta məktəbin 4 " B" sinif şagirdi,vətənpərvər, nümunəvi şagird Məhərrəmli Ləman ibtidai təhsilə əlvida deyib.