banner
banner

Təhsİl

Bu müəllimlər işdən çıxarılacaq - Təhsil nazirindən VACİB AÇIQLAMA

Bu müəllimlər işdən çıxarılacaq - Təhsil nazirindən VACİB AÇIQLAMA

Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarının ikinci mərhələsində də uğur qazanmayan və üzrsüz səbəbdən iştirak etməyən müəllimlərin əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu, qanunvericiliyin tələbidir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni tədris ili başlayanadək sertifikasiyanın müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır: "Artıq müsahibə komissiyaları da yaradılıb. Müsahibə bəzi müəllimlərlə onlayn, bəziləri ilə isə üzbəüz olacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin".

Nazir həmçinin bəzi müəllimlərin test imtahanı mərhələsində sözləri səhv yazmaları məsələsinə də aydınlıq gətirib: "Bu, hələ ilkin nəticələrdir, problemin niyə baş verməsi araşdırılmalıdır. Yəqin ki, müxtəlif səbəblər olacaq. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu aradan qaldırılacaq biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. İnanırıq ki, təkmilləşdirmə kursları həmin şəxslərə kömək olacaq, həm həyəcanlarını dəf edə biləcək, həm də lazım olan 3-5 balı toplayacaqlar".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Təhsil nazirliyinə milyonluq YEYİNTİ İTTİHAMI - Əməkdar müəllim FAKTLARI AÇIQLAYIR

Əvvəl onu qeyd edim ki, bu sindromun daşıyıcıları ümumi intellekt cəhətdən çox zəif olsalar da dil öyrənmək qabiliyyətləri yüksək olur. Nitqlərində ümumişlək olmayan ibarəli sözlər, dəxli oldu olmadı sitatlar işlədir, ilk baxışdan ətrafdakılara xüsusi istedadlarının olması təəssüratını bağışlaya bilirlər. Əslində isə zəka səviyyəsi aşağı olan belə fərdlər çox təhlükəli ünsürlərdir. Onların əqli inkişaf səviyyəsi “mədəni oğurluq” “kəşf” lərində əsla sərhəd tanımır. Qızışmış ehtirasları fonunda bütün mənəvi dəyərlərə nihilist münasibət sərgiləyirlər.

Qönçə idim çiçək açdım!

Qönçə idim çiçək açdım! Qönçə idim çiçək açdım! Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi M.Bayramov adına 196 nömrəli tam orta məktəbin 4 " B" sinif şagirdi,vətənpərvər, nümunəvi şagird Məhərrəmli Ləman ibtidai təhsilə əlvida deyib.