banner
banner

Maraqlı

Dünya liderlərinin sevimli yeməkləri və qeyri - adi qida zovqləri...- MARAQLI

Dünya liderlərinin sevimli yeməkləri və qeyri -

Qırmızı kxmerlərin lideri iki milyon kambocalını məhv edib. Onlar ya katorqa əməyindən, ya da acından ölüb. O, kobra şorbasını, təzə meyvələri və Çin şərabını, həmçinin, dəbdəbəli naharları sevib. Xalq isə yoxsulluq və səfalət içində su və düyü ilə kifayətlənib.

Kim Çen İr

Şimali Koreya lideri (1994- 2011) öz zövqlü yeməkləri ilə seçilib. O, köpək balığı və it ətindən şorbanı xoşlayıb, düyünü isə onun üçün bir qrup qadın hazırlayıb. Onlar düyünü eyni formada, ölçüdə, uzunluqda seçməli, Çin sərhədində dağın zirvəsində bitən bitkilərin alınan odunlardan istifadə etməklə ocaqda hazırlayıblar.

O, həm də təzə balığlı hələ diri olanda yeməyi xoşlayıb. Ona yemək hazırlanan zaman Şimali Koreyalılar acından əzab çəkib.

İosif Stalin

Sovet İttifaqının ikinci lideri sayılan Stalin qəddarlığı, gücü və kənd təsərrüfatı ölkəsini sənaye dövlətinə çevirməyi, ikinci dünya müharibəsində qələbə qazanması ilə məşhur olub.

Onun sevimli yeməklərindən bala batırılan karamellə qozlardan ibarət ənənəvi gürcü desertini göstərmək olar.

Stalinin ziyafətləri 6 saatadək davam edib, masada gürcü mətbəxinin yeməkləri, yunan qozu, sarımsaq, şəftəli və nar olub.

Benito Mussolini 

Mussolini İtaliya dövlətini  rəhbəri və faşist hərəkatının banilərindən biri olub, onun Fransaya nifrət hissi siyasətdən kənara çıxıb. Bir dəfə o, deyib: "Fransız mətbəxi heç nəyə dəyməz, İtalyan mətbəxi dünyada ən yaxşısıdır".

Evdə həyat yoldaşı Rakele və uşaqları ilə müəyyən zamanda yemək yeməyi və onun evə gələndə ailə üzvlərinin hamısının masa arxasında əyləşməsini istəyib. Sevimli yeməyi xırdalanmış sarımsaqla, yağ və limonla sadə salat olub.

Sonradan 1945- ci ildə onda qara ciyərin böyüməsi, qanda şəkərin artması və yoğun bağırsağında patologiya aşkar ediləndə qida rasionuna toyuq və dovşan əti əlavə edilib.

Liderlərin qida vərdişləri incə zövqdən və yemək hazırlanmasında ustalıqdan xəbər verə bilər, amma eyni zamanda onlar çoxlarının ağlı və mənəviyyatının çatışmazlığını nümayiş etdirir. Onlar yeməkdə maksimal ekstravaqantlıq nümayiş etdirir, xalqları isə yeməyə nə çörək, nə də düyü tapa bilir. \Moderator.az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlinizin uğurlu və xoşbəxt keçməsi üçün 1 yanvarda nə etməlisiniz?

Yeni ili bir çoxları yeni, daha xoşbəxt və uğurlu həyatın başlanğıc nöqtəsi hesab edir. Ancaq həyatınızı yaxşılığa doğru tez və asanlıqla dəyişdirmək üçün müəyyən ritualları yerinə yetirməlisiniz. Dərhal rezervasiya edək - bu sehrli deyil, bu rituallar sizi uyğun əhval-ruhiyyəyə salmaq və sizi fəaliyyətə həvəsləndirmək üçün nəzərdə tutulub.

Kosmosdan qəribə siqnallar AŞKAR EDİLDİ

Kosmosun ən uzaq nöqtələrindən yayılan sirli sürətli radio partlayışları (FRB) alimlər üçün intriqa obyekti olmaqda davam edir. Yeni kəşf edilmiş siqnal hətta təcrübəli tədqiqatçıları da çaşdırıb və onları açmaq üçün yeni sirlər buraxıb.

2023-cü ilin ən maraqlı vəhşi təbiət FOTOLARI

2023-cü ilin ən maraqlı vəhşi təbiət fotoları yayımlanıb. Musavat.com xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb. Belə ki, “Nature's Best Photography” (NBP) nüfuzlu beynəlxalq mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Siyahıya 11 fotoşəkil daxildir:

2024-cü illə bağlı proqnoz: Ciddi dəyişikliklər... - FOTO

Yeni il artıq yaxınlaşır. Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. Birincisi, sıçrayış ilidir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. Hər rəqəmin öz mənası var: doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir.