banner
banner

Səhİyyə

Mingəçevir Şəhər Xəstəxanasında niyə həkim TAPMAQ olmur? – Tibb müəssisəsi səbəbi AÇIQLADI

Mingəçevir Şəhər Xəstəxanasında niyə həkim TAPMAQ olmur? – Tibb müəssisəsi səbəbi AÇIQLADI
Yazar: Xuraman Hüseynzadə

Region xəstəxanalarında həkim çatışmazlığı ciddi problem olaraq qalır. Ekspertlər bu problemin səbəbini maaşın aşağı olması ilə əlaqəlındirirlər. Bu üzdən gənc mütəxəssislər rayonlara getmək istəmir.  

Son günlər Mingəçevir Şəhər Xəstəxanasında həkim çatışmazlığı olduğu barədə narazılıqlar var. Xüsusilə əməliyyat və digər problemlərlə bağlı müraciət edənlər ya Gəncə Şəhər Xəstəxanasına, ya da Bakıdakı tibb müəssisələrinə göndərilir.

Şikayətçilər deyir ki, günortadan sonra Mingəçevir Şəhər Xəstəxanasında həkim tapmaq mümkün deyil. Xəstəyə vaxtında yardım göstərilməsi üçün ixtisaslı kadr olmadığından ağır xəstələrin Bakıya gətirilməsinə ehtiyac yaranır. 

Məsələ ilə bağlı sözügedən xəstəxanadan Bizim.Media-nın sorğsna cavab olaraq kadr çatışmazlığının olmadığı bildirilib: 

 

“Hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında vətəndaşlara zəruri tibbi xidmət göstərən həkim-ümumi cərrahların sayı kifayət qədərdir və bütün ümumi cərrahi əməliyyatlar həyata keçirilir.

Xəstəxanada hazırda iki həkim-otorinolorinqoloq fəaliyyət göstərir. Həkimə müraciət sayı çox olduğundan vətəndaşlara tibbi xidmətin qısa müddətdə göstərilməsi üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən digər müəssisələrə göndəriş verilir”.

Xəstəxanadan o da qeyd olunub ki, hazırda tibb müəssisəsində həkim-travmatoloq-ortoped yoxdur:

“Bu səbəbdən bütün travmatoloji əməliyyatlar üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən ixtisaslı dövlət tibb müəssisələrinə və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş verilir”.

Bizim.media



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Yaralı hərbçilərimiz üçün qan lazımdır? - TƏBİB açıqladı

Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış​ hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq. Əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur

Səhiyyə Nazirliyi ilə 3 milyonluq hospital arasında QALMAQAL: Sahibi görün kimdir

Hospital nazirliyi məhkəməyə verib. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə mübahisələrdən ibarətdir. Birinci instansiya iddianı təmin etmədiyinə görə “Dəniz Hospital” Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İşə hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq.