banner
banner

Səhİyyə

Yaralı hərbçilərimiz üçün qan lazımdır? - TƏBİB açıqladı

Yaralı hərbçilərimiz üçün qan lazımdır? - TƏBİB açıqladı

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by 
5
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış​ hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq. Əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur

Hurriyyet.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi sürətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları​ zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq.​

Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an​ tibb müəssisələri qanla​ təmin edilə bilər", - məlumatda bildirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Səhiyyə Nazirliyi ilə 3 milyonluq hospital arasında QALMAQAL: Sahibi görün kimdir

Hospital nazirliyi məhkəməyə verib. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə mübahisələrdən ibarətdir. Birinci instansiya iddianı təmin etmədiyinə görə “Dəniz Hospital” Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İşə hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq.