banner
banner

Sİyasət

Baxçalıdan sərt Qarabağ açıqlaması: "Ətdən divar çəkəcəyik!"

Baxçalıdan sərt Qarabağ açıqlaması: "Ətdən divar çəkəcəyik!"

Türkiyə sonadək Azərbaycanla birlikdə olacaq".

Cia.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

"Qarabağda təxribat törədən, qardaşlarımızın qanını tökən qatillər türkün əzəmətinə qarşı dura bilməzlər. Qarabağ Azərbaycandır, Qarabağ ata yadigarıdır. Qarabağ türk yurdudur", - Milliyyətçi Hərəkat Partiyasının sədri vurğulayıb.

"Can qardaşlarımız nə vaxt və harda istəsələr, polad bilək olacağıq eyni mövqedə ətdən divar çəkəcəyik. Ankara ilə Bakının taleyi eynidir. Türkü türkdən ayıracaq nə bir sərhəd, nə bir maneə var. Biz bir millət, iki dövlətik, vücudumuz ayrı olsa da, ruhumuz birdir.

Qarabağda şəhid olan əsgərlər bizimdir. Rəhmət və ehtiramla yad etdiyimiz şəhidlər bizim şəhidlərimizdir. Alınacaq qisas, sorulacaq hesab namusumuza əmanətdir", - Dövlət Baxçalı qeyd edib.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev ICAPP-ın iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına müraciət edib.