banner
banner

Şou

Boşanmağa hazırlaşan Hadisə Rza Zarrabla yenidən sevgilidir?

Boşanmağa hazırlaşan Hadisə Rza Zarrabla yenidən sevgilidir?

İş adamı Mehmet Dinçerlerdən boşanma ərəfəsində olan türkiyəli məşhur müğənni Hadisə ilə bağlı yeni iddialar ortaya çıxıb.

Bu  barədə "Söyləməzsəm olmaz" verilişində aparacı Arto deyib. O, ifaçının Cənubi azərbaycanlı iş adamı Rza Zarrabla birlikdə olduğunu deyib. Arto məlumatı yaxın çevrəsindən təsdiqlədiyini və münasibətin yeni olduğunu vurğulayıb.
Qeyd edək ki, iki il əvvəl də Hadisənin adı R.Zarrabla hallanıb. Hətta Hadisənin keçmiş sevgilisi aktyor Kaan Yıldırım ifaçıdan məhz buna görə ayrıldığını bildirib. Həmin ərəfələrdə iş adamı ilə müğənni Ebru Gündeş yeni boşanmışdı və o, bu münasibət haqqında Kaana xəbər vermişdi. Hətta bu xəbərdən sonra Hadisə Ebru ilə birlikdə münsif kürsüsündə oturduğu "O səs Türkiyə"dən ayrılıb. \Axşam.az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Dado ilə əl-ələ verib uşağımızı böyüdürük" - Natavan Həbibi

"Baxırsan ki, boşanıblar, amma necə gözəl münasibətləri var. Biz niyə etməyək? Nə olsun ki, boşanmışıq, amma belə mehriban da yaşamaq olur. Mədəni şəkildə, uşaqlar travmasız böyüyür. Bütün bunlara rəğmən uşaqlar rahatcasına hər iki valideyinini sevə bilsinlər. Niyə axı biz düşməncəsinə, hamının ürəyini bulandıraraq, çirkin söhbətləri üzə çıxartmalıyıq? Bunları etmədik".