banner
banner

Dünya

Ukrayna ordusu Rusiyanın 5 silah-sursat anbarını dağıtdı

Ukrayna ordusu Rusiyanın 5 silah-sursat anbarını dağıtdı

Son sutka ərzində Ukraynanın cənubunda Rusiya ordusunun 5 silah-sursat anbarı dağıdılıb. 

Hurriyyet.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığı məlumat verib.

Qeyd olunub ki, həmçinin Rusiya ordusunun 43 hərbçisi, 3 tankı məhv edilib:

“Son sutkada, həmçinin Xersona vilayətində qarşı tərəfin 1 "Su-25" hücum təyyarəsi vurulub”.

Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Nikolayev və Odessa vilayətlərində Rusiya Ordusunun 2 Şahed-136 kamikadze pilotsuz təyyarəsini məhv edib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin birgə koordinasiya qərargahının rəhbəri Natalya Qumenyuk qarşı tərəfin son vaxtlar hərbi fəaliyyətlə bağlı problemlərinin olduğunu bildirmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna Daxili İşlər Nazirliyinin sonuncu məlumatına görə, indiyədək ölkədə 7 mindən çox dinc sakin həlak olub, 5 midən çox insan isə yaralanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Putin xalqa müraciət edəcək

Rusiya prezidenti Vladimir Putinin sentyabrın 20-də axşam gözlənilən müraciətinin yayımı bu gün, sentyabrın 21-də göstərilə bilər.