banner
banner

Gündəm

Prezident İlham Əliyev: “Ağdam işğal illəri zamanı tamamilə məhv edilib”

Prezident İlham Əliyev: “Ağdam işğal illəri zamanı tamamilə məhv edilib”
 
 

“Ağdam işğal illəri zamanı tamamilə məhv edilib”.

Cia.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı forum iştirakçılarını salamlayıb: “Ağdama xoş gəlmisiniz. Mən çox şadam ki, biz bu forumu burada - vaxtilə Ağdam şəhərinin yerləşdiyi yerdə təşkil etmişik. İndi gördüyünüz kimi, şəhərdən əsər-əlamət qalmayıb. Ağdam Qarabağın ən böyük şəhəri olub. O, Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal illərində dağıdılıb”.

Azərbaycan Prezidenti şəhərin işğal illərində tamamilə dağıdıldığını, tikililərin daşlarının oğurlandığını və satıldığını vurğulayıb: “Cümə məscidində ermənilər donuz, inək saxlayırdılar. Ağdamda gördüklərinizi Qarabağ regionunun hər bir şəhərində görmək olar”.

Prezident İlham Əliyev Füzuli, Cəbrayıl, Qubadlı şəhərlərinin də tamamilə dağıdıldığını diqqətə çatdırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mövqelərimiz atəşə tutuldu

Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyi açıqlama yaydı: SON QOYULMALIDIR!

Təssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Noyabrın 26-sı saat 00:05-dən 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu

Noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.