banner
banner

Sİyasət

İştirak etmədiyimiz platformalarda bizi dəstəkləyən ölkə - Detallar

İştirak etmədiyimiz platformalarda bizi dəstəkləyən ölkə - Detallar

Azərbaycan-Serbiya münasibətləri qarşılıqlı faydalılıq prinsipinə və etimada əsaslanır. Təsadüfi deyil ki, Serbiya hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib".

Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli Musavat.com-a Prezident İlham Əliyevin Serbiya Respublikasına səfərini şərh edərkən bildirib.

 

"Bu dəstək özünü beynəlxalq təşkilatlar çərçivəsində aparılan müzakirələrdə, hətta Azərbaycanın iştirak etmədiyi ayrı-ayrı platformalarda göstərib. Bu aspektdən qarşılıqlı əlaqələrin inkişafı üçün hər zaman geniş perspektiv var. Hər iki ölkə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenliyi prinsiplərinə sadiqliyini nümayiş etdirib. Azərbaycan Prezidentinə Serbiyada hörmət var və bütövlükdə Serbiya prezidentinin dediyi kimi, bütün Avropada ölkə başçımıza kifayət qədər yüksək dəyər verilir. Bir çox ölkələrin həm diplomatiya sahəsində, həm də dövlətin inkişafa aparılması üçün ölkə başçımızın uğurlu siyasətindən öyrənəcəyi çox şey var. Dözüm, təmkin, cəsarət, qətiyyət, prinsipiallıq, milli maraqlardan bir addım da geri çəkilməmək aspektlərindən Serbiya prezidentinin Azərbaycanın dövlət başçısına münasibətdə real mənzərəni açıq şəkildə ifadə etməsi həm də serb xalqının verdiyi dəyərdən qaynaqlanır. Şübhəsiz ki, şəxsi münasibətlər dövlətlərarası münasibətlərdə də müstəsna rol oynayır. Xüsusilə də indiki dövrdə bu, önəmlidir. Düşünürəm ki, cənab Prezidentin sonuncu səfərindən sonra Azərbaycan və Serbiya arasındakı münasibətlər müxtəlif istiqamətlərdə inkişaf edəcək. Qarşılıqlı investisiyaların cəlb edilməsi sahəsində addımların atılacağını gözləyirəm. Serbiya Azərbaycan üçün önəmli tərəfdaşdır. Şərqi Avropa ölkələri ilə Azərbaycanın əlaqələrinin inkişafı istiqamətində son dövrlər atılan addımlar müsbət dəyərləndirilməlidir. Bu, mühüm strateji əhəmiyyətə malikdir. Bu, bir daha sübut edir ki, Azərbaycan təkcə Cənubi Qafqaz regionunda deyil, dünyada baş verən proseslərdə iştirak edir və özünün strateji maraqlarının kəsişdiyi bütün nöqtələrdə mövcudluğunu nəzərə çatdırır", - siyasi şərhçi vurğulayıb.


Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev ICAPP-ın iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına müraciət edib.